• $
  • £

Kapital Bank-ın manat istiqrazlarının 2-ci tranşının yerləşdirilməsi yekunlaşdı

Kapital Bank-ın manat istiqrazlarının 2-ci tranşının yerləşdirilməsi yekunlaşdı
28.06.2024 15:27

Xəbər verdiyimiz kimi Kapital Bank-ın 100 000 000 (yüz milyon) manat həcmində olan istiqraz emissiyasının 50 000 000 (əlli milyon)  manat həcmində 2-ci tranşı premium bazar seqmentində listinqə daxil edilmişdi. 27 iyun 2024-cü il tarixində sözügedən istiqrazların Bakı Fond Birjasında abunə yazılışı ilə yerləşdirilməsi başa çatıb. Yerləşdirmədə 32 fiziki, 7 hüquqi şəxs olmaqla 39 investor iştirak edib. 

Ümumilikdə Kapital Bank-ın 100 000 000 (yüz milyon) manat həcmində olan istiqraz buraxılışı 2 tranş olmaqla qısa zamanda tamamlanıb. İnvestorlar tərəfindən böyük tələb göstərilən abunə yazılışında 146 091 600 (146 milyon 91 min 6 yüz) manat sifariş toplanıb. İstiqrazların yerləşdirilməsində 18 hüquqi, 63 fiziki şəxs olmaqla 81 investor iştirak edib. 

Xatırladaq ki, təklif edilən istiqrazların hər birinin nominal dəyəri 100 manat, illik faiz dərəcəsi 10%, ödəniş dövrü 30 gündən bir, tədavül müddəti 1 ildir. Sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazların yerləşdirmə üzrə anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:19
Qızıl bahalaşıb
Rubl və avro bahalaşıb - məzənnə
İqtisadiyyat 09:15
Rubl və avro bahalaşıb - məzənnə
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına
güzəştli kreditlər verəcək
İqtisadiyyat 17:23
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
İqtisadiyyat 11:18
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:36
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol