• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Azərbaycanda 2025-ci ildə gəlir üzrə siyasətin əsas istiqamətləri açıqlanıb

Azərbaycanda 2025-ci ildə gəlir üzrə siyasətin əsas istiqamətləri açıqlanıb
17.09.2024 22:18
2025-ci ildə Azərbaycanda gəlirlər sahəsində həyata keçiriləcək siyasətin əsas istiqamətləri ölkənin iqtisadi inkişafını sürətləndirmək, rəqabət qabiliyyətini gücləndirmək, investisiya mühitini daha cəlbedici etmək məqsədi daşıyır. Bu barədə Maliyyə Nazirliyindən bildirilib.
 
Məlumata görə, bu tədbirlər çərçivəsində vergi yükünün optimallaşdırılması, sahibkarlığın dəstəklənməsi və strateji sahələrə investisiyaların təşviqi, vergi-gömrük inzibatçılığı mexanizmlərinin təkmilləşdirilməsi, ekoloji təmiz nəqliyyat vasitələrinin dövriyyəsinin artırılması planlaşdırılır. Qeyd edilən sahələrdə əsas prioritet istiqamətlər aşağıdakı kimidir:

- İnvestisiya mühitinin, sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, o cümlədən dövlət-özəl tərəfdaşlığı çərçivəsində vergi təşviqi verilməsi, bəzi xidmət sahələri üzrə mikro sahibkarların gəlirlərinə vergi güzəştinin tətbiq edilməsi;

- Ekoloji təmiz, təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması, infrastrukturunun təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirilməsi;

- Vergi-gömrük inzibatçılığı mexanizminin təkmilləşdirilməsi və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi;

- Dövlət rüsumlarının idarə edilməsi sisteminin təkmilləşdirilməsi

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı metrosu sərnişin daşınmasını artırıb
İqtisadiyyat 16:13
Bakı metrosu sərnişin daşınmasını artırıb
Yanvarda sosial sığorta ödəmələri artıb
İqtisadiyyat 15:57
Yanvarda sosial sığorta ödəmələri artıb
Martın 1-dən Türkmənistan qazının Türkiyəyə ixracı başlayacaq
İqtisadiyyat 15:35
Martın 1-dən Türkmənistan qazının Türkiyəyə ixracı başlayacaq
OMV rəhbəri Azərbaycan qazının Ukrayna vasitəsilə tranzitini dəstəkləyib
İqtisadiyyat 15:13
OMV rəhbəri Azərbaycan qazının Ukrayna vasitəsilə tranzitini dəstəkləyib
“Qırmızı Ürəklər Təhsil Təqaüdü” proqramı yekunlaşdı: 23 tələbəyə təqaüd veriləcək
İqtisadiyyat 14:02
“Qırmızı Ürəklər Təhsil Təqaüdü” proqramı yekunlaşdı: 23 tələbəyə təqaüd veriləcək
Azərbaycanda bahalaşan qida məhsularının siyahısı açıqlanıb
İqtisadiyyat 13:21
Azərbaycanda bahalaşan qida məhsularının siyahısı açıqlanıb
Yanvarda illik inflyasiya bu qədər olub
İqtisadiyyat 12:07
Yanvarda illik inflyasiya bu qədər olub
2030-cu ilə qədər Günəş və Külək elektrik enerjisinin hasilatı 6 giqavat olacağı proqnozlaşdırılır
İqtisadiyyat 10:40
2030-cu ilə qədər Günəş və Külək elektrik enerjisinin hasilatı 6 giqavat olacağı proqnozlaşdırılır
Növbəti 5-6 ildə 25 milyon ton yük qəbul etməyi gözləyirik - Əliyev
İqtisadiyyat 10:26
Növbəti 5-6 ildə 25 milyon ton yük qəbul etməyi gözləyirik - Əliyev
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol