ABB Qarabağ Universiteti ilə əməkdaşlığa başladı 30 xanım tələbəyə təqaüd veriləcək
![ABB Qarabağ Universiteti ilə əməkdaşlığa başladı 30 xanım tələbəyə təqaüd veriləcək ABB Qarabağ Universiteti ilə əməkdaşlığa başladı 30 xanım tələbəyə təqaüd veriləcək](https://anews.az/photo/850x500/2024-10/1729167966_img-20241017-wa0060.jpg)
Ölkəmizdə fəaliyyət göstərən universitetlərlə tərəfdaşlığı
genişləndirərək universitet-biznes münasibətlərinə töhfə verən ABB bu istiqamətdə
daha bir addım atıb. Bank Qarabağ Universiteti ilə də əməkdaşlığa başlayıb. ABB
və Qarabağ Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Qarabağ Universitetində keçirilən tədbirdə sənədi ABB-nin İdarə Heyətinin sədri
Abbas İbrahimov və Qarabağ Universitetinin rektoru Şahin Bayramov imzalayıb.
Bundan başqa, ABB-nin dəstəyi ilə Qarabağ
Universitetində karyera günlərinin keçirilməsi, burada ABB-nin tədris auditoriyasının
yaradılması, birlikdə elmi konfransların və digər tədbirlərin təşkili, müştərək
elmi-tədqiqat layihələrinin reallaşdırılması, qarşılıqlı ekspert-məsləhət dəstəyi
də nəzərdə tutulur.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri
barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi
internet səhifəsindən, ABB mobile tətbiqindən və ya 937 nömrəli Məlumat Mərkəzindən,
həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.
www.anews.az
Razılaşma sənədi müxtəlif istiqamətlər üzrə əməkdaşlığı
nəzərdə tutur. Belə ki, ABB Universitetin ən yüksək
təhsil nailiyyətləri olan 30 xanım tələbəsinə təqaüd verəcək. Qarabağda təhsilin
və mədəniyyətin inkişafına böyük töhfələri olmuş görkəmli şairə Xurşidbanu Natəvanın
şərəfinə təqaüd "Natəvan təqaüdü” adlandırılıb.
Yay tətili dövründə Qarabağ Universitetinin tələbələri
üçün ABB-nin Xankəndi filialında və digər filiallarında, eyni zamanda, Bankın
Baş ofisində təcrübə proqramları təşkil olunacaq. Bank əməkdaşları tərəfindən Universitetdə
xüsusi təlimlərin təşkili, həmçinin ABB-nin Xankəndi filialının əməkdaşları
üçün Universitetdə müvafiq təlim proqramlarının keçirilməsi də əməkdaşlıq
planlarına daxildir.
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov
bildirib: "ABB olaraq ölkəmizdəki bir
çox universitetlərlə sıx əlaqələrimiz var. Məmnunuq ki, artıq Qarabağ
Universitetinin də ilk tərəfdaşıyıq. Son illərdə təhsilə dəstək,
biznes-universitet əməkdaşlığı sahəsində kifayət qədər təcrübə toplamışıq. Bu təcrübə
gələcək layihələrimiz üçün faydalı olacaq. ABB-nin təsis
etdiyi "Natəvan” təqaüdü də, ümid edirik ki, Qarabağ Universitetinin xanım
tələbələri üçün böyük mənəvi dəyər və motivasiya yaradacaq, onlarda liderlik
bacarıqlarının inkişafını dəstəkləyəcək. Qarabağı, Şərqi Zəngəzuru elm-təhsil, innovasiyalar
məkanına çevirmək hamımızın birgə missiyamızdır”.
Qarabağ Universitetinin rektoru Şahin Bayramov
Universitetə qəbul olunan tələbələrin, həmçinin burada çalışan akademik və
inzibati heyətin göstəricilərinin yüksək olduğunu qeyd edib. Universitetdə təhsil
səviyyəsinin yüksək olmasına xüsusi diqqət göstərildiyini vurğulayıb: "Dövlət rəhbərimiz Qarabağ Universiteti
qarşında böyük strateji vəzifələr müəyyənləşdirib. Bu vəzifələri uğurla yerinə
yetirmək üçün belə tərəfdaşlıqlar bizim üçün zəruridir. ABB ilə imzaladığımız
bu memorandum faydalı bir təcrübə formalaşdıracaq, həm tələbə və müəllimlərimiz,
həm ABB əməkdaşları üçün yeni imkanlar yaradacaq”.
www.anews.az