• $ 1.7
  • € 1.9857
  • ₽ 0.021172
  • ₺ 0.0395
  • £ 2.2883

Bakıda tanınmış otel və biznes mərkəzləri satışa çıxarıldı

Bakıda tanınmış otel və biznes mərkəzləri satışa çıxarıldı
29.05.2020 07:15
Bakının mərkəzində 5 ulduzlu otel, ofis və biznes mərkəzləri kimi istifadə olunan üç bina xarici daşınmaz əmlak şirkəti vasitəsilə satışa çıxarılıb.Virtualaz.org xəbər verir ki, bu məlumat daşınmaz əmlak biznesindəki mənbələrdən daxil olub.Söhbət Bakının daşınmaz əmlak baxımından ən bahalı küçəsində - “Köhnə dəyirman” kimi tanınan keçmiş taxıl emalı zavodunun yerində tikilmiş “Landmark Baku” otelindən, “Landmark-2” ofis mərkəzindən və “Landmark Plasa”dan gedir.Binaların satışı üçün daşınmaz əmlakın satışı “Basar İnternational Group” adlı beynəlxalq daşınmaz əmlak və maliyyə xidmətləri şirkətinə sifariş verilib. Şirkət obyektləri müştərilərə ayrı-ayrılıqda və ya birlikdə təklif edir.Elanda göstərilir ki, binaların birində 5 ulduzlu, 115 yerlik unikal otel yerləşir. Digəri “Landmark-2” ofis mərkəzi kimi istifadə olunur. Üçüncü bina isə biznes mərkəzi kimi nəzərdə tutulub. Binaların hərəsi 135 milyon dollara satışa çıxarılıb. Potensial müştərilər binaların hər üçünü birdən ala  bilər. Eyni zamanda, binaların tək-tək satılması da mümkündür.Elanda göstərilir ki, otel Bakının daşınmaz əmlak baxımından ən prestijli rayonunda, Hökumət Evindən 10 dəqiqəlik piyada məsafəsində yerləşir. Otelin də daxil olduğu üç binadan ibarət kompleks Bakıya səfərləri zamanı beynəlxalq təşkilatların rəhbərlərinin və diplomatların tez-tez baş çəkdikləri yerdir. Ofis mərkəzində bir çox xarici şirkətlərin ofisləri yerləşir. Otel və ofis binaları bir-biri ilə xüsusi yollarla birləşdirilib ki, bu da biznesmenlər, rəhbər şəxslər və diplomatlar üçün çox rahatdır.Binaları satışa hansı mülkiyyətçinin çıxardığı məlum deyil. Bakıdakı biznes və rəsmi çevrələrdən də binaların sahibinin kimliyini dəqiqləşdirmək mümkün olmayıb.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Pulunu artırmağın parlaq yolu
İqtisadiyyat 15:43
Pulunu artırmağın parlaq yolu
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyasını göndərib
İqtisadiyyat 15:31
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyasını göndərib
Polis 90-a yaxın axtarışda olan şəxsi saxlayıb
İqtisadiyyat 10:12
Polis 90-a yaxın axtarışda olan şəxsi saxlayıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:10
Azərbaycan nefti bahalaşıb
Əmək müqavilələrinin sayı artıb
İqtisadiyyat 09:46
Əmək müqavilələrinin sayı artıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:11
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
Gümüşün qiyməti cüzi enişlə sabitləşib
İqtisadiyyat 08:56
Gümüşün qiyməti cüzi enişlə sabitləşib
"Azeri Light" neftinin qiyməti büdcə hədəfindən aşağı düşüb
İqtisadiyyat 08:45
"Azeri Light" neftinin qiyməti büdcə hədəfindən aşağı düşüb
Neft qiymətləri İran və Venesuela gərginliyi fonunda bahalaşır
İqtisadiyyat 08:39
Neft qiymətləri İran və Venesuela gərginliyi fonunda bahalaşır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol