• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb
24.11.2024 15:31

Azərbaycan - Çin ticarət əlaqələri tarixində ilk dəfə olaraq ixrac yükləri Bakıdan dəmiryolu nəqliyyatı ilə Çinə yola salınıb.Bu barədə "Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

İlk ixrac qatarının yola salınma mərasimində Azərbaycan və Qazaxıstan dəmir yollarının yüksək nümayəndə heyəti, TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutu katibliyinin rəhbərliyi ilə yanaşı Çinin Sian Çanba Beynəlxalq Limanının idarəetmə Komitəsinin rəhbər şəxsləri də iştirak edib.

Yola salınmış "Bakı-Sian" ilk ixrac blok qatarı 62 ədəd 40 futluq konteynerdən ibarətdir. Bu yük multimodal olaraq Qazaxıstan üzərindən Çinin ən böyük quru limanlarından biri olan Sian Limanına çatdırılacaq. Layihə çərçivəsində ilkin olaraq bu ilin sonunadək ümumilikdə 15 min ton, yəni 600 konteyner ixrac yükünün qeyd olunan marşrut ilə Çinə göndərilməsi planlaşdırılır.

2024-cü ilin əvvəlindən Çin Xalq Respublikasından Azərbaycan istiqamətinə 280 konteyner blok qatarı yola salınıb. Bu ilin sonuna kimi Çindən müvafiq marşrut üzrə 300-dən çox konteyner blok-qatarının Azərbaycana qəbul edilməsi nəzərdə tutulub. 2025-ci il üçün blok qatar sayının 3 dəfədən çox artırılaraq 1000-ə çatdırılması planlaşdırılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
BP şirkətinin mənfəəti açıqlanıb
İqtisadiyyat 13:09
BP şirkətinin mənfəəti açıqlanıb
Banklar dollar alışını artırıb - AMB
İqtisadiyyat 12:25
Banklar dollar alışını artırıb - AMB
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:25
Azərbaycan nefti bahalaşıb
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 08:44
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
Azərbaycanda elektromobillərin sayı açıqlanıb
İqtisadiyyat 17:47
Azərbaycanda elektromobillərin sayı açıqlanıb
Ötən il ölkədə kondensat hasilatı bu qədər olub
İqtisadiyyat 17:22
Ötən il ölkədə kondensat hasilatı bu qədər olub
Birbank vasitəsilə sığorta alanlara şad xəbər
İqtisadiyyat 15:15
Birbank vasitəsilə sığorta alanlara şad xəbər
Faizsiz taksitlə Sevgililər Günü hədiyyəsini seçmək daha rahatdır!
İqtisadiyyat 14:03
Faizsiz taksitlə Sevgililər Günü hədiyyəsini seçmək daha rahatdır!
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:17
Avro və rubl ucuzlaşıb - Məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol