• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Azərbaycan banklarının aktivləri 7,7% artıb

Azərbaycan banklarının aktivləri 7,7% artıb
03.12.2024 10:30
2024cü il oktyabrın sonuna Azərbaycan banklarının aktivləri özətn ilin eyni dövrü ilə müqayisədə 7,7% artaraq 49,7 milyard manat təşkil edib. Bu barədə Azərbaycan Bank Assosiasiyasının rəhbəri Zakir Nuriyev  YIII Beynəlxalq Bank Forumunda çıxışı zamanı bildirib.  
 
"Bank sektorunun cari vəziyyəti və inkişaf trendləri də bununla bir tandem təşkil etməkdədir. Bankların aktivlərinin həcmi 2024-cü ilin oktyabr ayının sonuna 49.7 mlrd. manat təşkil etmişdir ki,  bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7.7% çoxdur",  Nuriyev  söyləyib.
 
Onun sözlərinə görə, kredit portfelinin həcmi 27,1 milyard manat təşkil edib.  O cümlədən, biznes kreditləri 19.4% artaraq 14,6 milyard manat təşkil edib. 
 
Dövlət fondları nəzərə alınmadan, yalnız bankların vəsaiti hesabına real sektora verilən kreditlərinin həcmindəki artım isə ümumi kredit portfelindəki atımı  üstələyərək 21% oub. 

2024cü il noyabrın  1-ə depozit portfeli təxminən 4%  artaraq 34,4 milyard  manat olub. 
 
"Buna müqabil, fiziki şəxslərin müddətli depozitlərinin həcmi 26% artaraq  8,3 milyard manat təşkil edib.  Fiziki şəxslərin əmanətlərinin dollarlaşma əmsalı isə 34% təşkil etməkdədir və ötən ilin eyni dövrü ilə müqayisədə 1,8% azalıb",  - Nuriyev bildirib. 

Onun sözlərinə görə, cari ilin 10 ayının sonuna verilən kreditlərin cəmi portfeldəki payı  1,7% təşkil edib. 

Bank sektorunun cəmi balans kapitalının həcmi isə 9% artaraq  6,4 milyard manata kimi artıb.
 
Sektorun cari ilin 10 ayı ərzində əldə etdiyi faiz gəliri 3,2 milyard manat, mənfəətin həcmi isə 913,7 milyon manat təşkil etməkdədir. 
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
BP şirkətinin mənfəəti açıqlanıb
İqtisadiyyat 13:09
BP şirkətinin mənfəəti açıqlanıb
Banklar dollar alışını artırıb - AMB
İqtisadiyyat 12:25
Banklar dollar alışını artırıb - AMB
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:25
Azərbaycan nefti bahalaşıb
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 08:44
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
Azərbaycanda elektromobillərin sayı açıqlanıb
İqtisadiyyat 17:47
Azərbaycanda elektromobillərin sayı açıqlanıb
Ötən il ölkədə kondensat hasilatı bu qədər olub
İqtisadiyyat 17:22
Ötən il ölkədə kondensat hasilatı bu qədər olub
Birbank vasitəsilə sığorta alanlara şad xəbər
İqtisadiyyat 15:15
Birbank vasitəsilə sığorta alanlara şad xəbər
Faizsiz taksitlə Sevgililər Günü hədiyyəsini seçmək daha rahatdır!
İqtisadiyyat 14:03
Faizsiz taksitlə Sevgililər Günü hədiyyəsini seçmək daha rahatdır!
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:17
Avro və rubl ucuzlaşıb - Məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol