• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

2060-cı ilə qədər bank sektoru "yaşıl layihələr"ə 30 milyard manat ayırmalıdır

2060-cı ilə qədər bank sektoru
03.12.2024 10:56
Dünya Bankı Qrupunun İqlim və İnkişaf Hesabatına əsasən, Azərbaycanın karbon emissiyalarını sürətlə azaltmaq üçün 2060-cı ilə qədər bank sektoru tərəfindən bu məqsədlə təxminən 30 milyard manat investisiya qoyulmalıdır. Bu barədə  Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev YIII Beynəlxalq Bankçılıq Forumunda bildirib.
 
"Bu maliyyələşmə təmini üçün ciddi institusional çərçivənin formalaşdırılması, yaşıl istiqrazların təşviqi, beynəlxalq inkişaf banklarının cəlbi və yaşıl maliyyələşmə fondlarının yaradılması labüddür. Azərbaycan Respublikasının Mərkəzi Bankı institusional çərçivənin yardılması təşəbbüsünü öz öhdəsinə götürərək son illərdə dayanıqlı maliyyələşmənin təmini üçün  vacib tənzimləyici qaydaların, təlimatların və tövsiyyələrin hazırlanması üzərində çalışır",  -  Nuriyev deyib. 

Onun sözlərinə görə, sözügedən istiqamətdə ilk təşəbbüslərdən biri kimi elektrik və hibrid avtomobillər maliyyələşdirilməsi üzrə əlçatanlığın artırılması istiqamətində işlər aparılıb. Belə ki,  3 il əvvəl start götürən bu proses nəticəsində Mərkəzi Bank tərəfindən requlyativ güzəştlər tətbiq edilib və banklara bu istiqamətdə kreditlərin ayrılması üzrə tövsiyyələr verilib.
 
Nəticədə 2022-ci ilin sonuna bankların kredit portfelində elektrik və hibrid avtomobillərinin cəmi minik avtomobil portfelində payı 17.8% olduğu halda, cari ilin iyunun 30-a bu göstərici  59,9% a kimi artıb. 
 
Bununla yanaşı, ötən ilin fevralında Mərkəzi Bank tərəfindən "2023-2026 Dayanıqlı Maliyyə Yol Xəritəsi” nəşr olunub. Həmin  xəritənin məqsədi maliyyə institutlarının iqlim dəyişikliyi və digər ESG amillərindən irəli gələn risklərə qarşı dayanıqlığını təmin etmək, həmçinin davamlı iqtisadiyyata keçid nəticəsində yaranan imkanları həyata keçirməkdir.

Nuriyevin sözlərinə görə, cari ilin aprelində isə "Dayanıqlılı Maliyyə Prinsipləri” bankları biznes strategiyası, korporativ idarəetmə, hesabat və məlumatların açıqlanması və risk idarəetməsi üzrə yeni yanaşmaya keçməyə sövq edib.
 
"2024-cü ilin iyulunda qəbul edilən banklarda ətraf mühit risklərinin idarə edilməsinə dair təlimatlar, xüsusilə, risk idarəetməsi üzrə təkmilləşdirmələrə fokuslanıb. Yaşıl və dayanıqlı maliyyələşmədə ən vacib rolu oynayacaq sənədlərdən biri olacaq və banklar, dövlət qurumları, sahibkarlar və digər maraqlı tərəflər üçün şərtləri daha da konkretləşdirəcək "Taksonomiya” isə artıq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ictimaiyyəə təqdim edilib. 
Azərbaycan Banklar Assosiasiyası (ABA) olaraq, bu istiqamətdə işlərə dəstək veririk. Belə ki, ABA nəzdində bu istiqamətdə bankların fəaliyyətini koordinasiya etmək üçün "ESG və Dayanıqlı Bankçılıq” Ekspert Qrupu yaradılıb. Bu qrup ən yeni ekspert qruplarından biri kimi yaradıldığı qısa müddət ərzində Dayanıqlı Bankçılıq mövzusunda geniş təkliflər paketi hazırlamış, bu istiqamətdə gələn sorğuları operativ şəkildə cavablandıb, xarici təcrübənin öyrəlinməsi üzrə araşdırmalar aparıb və müxtəlif ölkələrin mütəxəssisləri ilə fikir mübadiləsi həyata keçirib",   - Nuriyev deyib.  

Azərbaycan 2030-cü ilə qədər dayanıqlı layihələrə 2 milyard manat maliyyə vəsaiti ayıracaq. 
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
BP şirkətinin mənfəəti açıqlanıb
İqtisadiyyat 13:09
BP şirkətinin mənfəəti açıqlanıb
Banklar dollar alışını artırıb - AMB
İqtisadiyyat 12:25
Banklar dollar alışını artırıb - AMB
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:25
Azərbaycan nefti bahalaşıb
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 08:44
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
Azərbaycanda elektromobillərin sayı açıqlanıb
İqtisadiyyat 17:47
Azərbaycanda elektromobillərin sayı açıqlanıb
Ötən il ölkədə kondensat hasilatı bu qədər olub
İqtisadiyyat 17:22
Ötən il ölkədə kondensat hasilatı bu qədər olub
Birbank vasitəsilə sığorta alanlara şad xəbər
İqtisadiyyat 15:15
Birbank vasitəsilə sığorta alanlara şad xəbər
Faizsiz taksitlə Sevgililər Günü hədiyyəsini seçmək daha rahatdır!
İqtisadiyyat 14:03
Faizsiz taksitlə Sevgililər Günü hədiyyəsini seçmək daha rahatdır!
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:17
Avro və rubl ucuzlaşıb - Məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol