• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Azercell-in antikorrupsiya siyasəti beynəlxalq ekspertlər tərəfindən dəyərləndirildi

Azercell-in antikorrupsiya siyasəti beynəlxalq ekspertlər tərəfindən dəyərləndirildi
11.12.2024 15:43
Ölkənin lider mobil operatoru ISO 37001:2016 "Antikorrupsiya idarəetmə sistemi” standartları üzrə sertifikatını uğurla yeniləyib.

Azercell-in daxili siyasət və prosedurlarının ISO 37001:2016 standartına uyğunluğu, şirkətin fəaliyyətinin şəffaflıq prinsiplərinə əsaslandığı beynəlxalq ekspertlər tərəfindən bir daha təsdiqlənib. Sertifikatlaşma auditini 16 oktyabr 2024-cü il tarixində ABŞ-ın ən böyük akkreditasiya qurumu olan ANAB-ın (ANSI National Accreditation Board) akkreditə etdiyi Türkiyənin Denetik Belgelendirme şirkəti həyata keçirib. Auditin nəticələri Azercell-in antikorrupsiya proqramının bütün tələblərinə cavab verdiyini bir daha sübut edib. 

ISO 37001 korrupsiyaya qarşı mübarizə sahəsində qlobal səviyyədə tanınan yeganə standartdır və 2016-cı ildə Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən hazırlanmışdır. Sertifikat Azercell-in antikorrupsiya fəaliyyətinə və şəffaflığın təmin edilməsinə yetirdiyi diqqəti, korrupsiyaya qarşı mübarizədə yerli qanunlara, beynəlxalq standartlara, habelə qabaqcıl  təcrübələrə sadiqliyini təsdiq edir. Eyni zamanda, korrupsiyaya qarşı sıfır tolerantlıq prinsipi ilə fəaliyyət göstərən Azercell, tərəfdaşları ilə şəffaf və etibarlı işgüzar münasibətlər qurmaqla biznes etikası mədəniyyətinin inkişafına da  töhfəsini verir.

Qeyd edək ki, 2020-ci ildən etibarən ISO 37001 standartına uyğunluq sertifikatına sahib olan Azercell, həmçinin yerli telekommunikasiya bazarında bu sertifikatlaşmadan uğurla keçən ilk şirkətdir. 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
BP şirkətinin mənfəəti açıqlanıb
İqtisadiyyat 13:09
BP şirkətinin mənfəəti açıqlanıb
Banklar dollar alışını artırıb - AMB
İqtisadiyyat 12:25
Banklar dollar alışını artırıb - AMB
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:25
Azərbaycan nefti bahalaşıb
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 08:44
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
Azərbaycanda elektromobillərin sayı açıqlanıb
İqtisadiyyat 17:47
Azərbaycanda elektromobillərin sayı açıqlanıb
Ötən il ölkədə kondensat hasilatı bu qədər olub
İqtisadiyyat 17:22
Ötən il ölkədə kondensat hasilatı bu qədər olub
Birbank vasitəsilə sığorta alanlara şad xəbər
İqtisadiyyat 15:15
Birbank vasitəsilə sığorta alanlara şad xəbər
Faizsiz taksitlə Sevgililər Günü hədiyyəsini seçmək daha rahatdır!
İqtisadiyyat 14:03
Faizsiz taksitlə Sevgililər Günü hədiyyəsini seçmək daha rahatdır!
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:17
Avro və rubl ucuzlaşıb - Məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol