• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Kapital Bank-da “Tech Guild Kick-Off”: Texniki təcrübələrin paylaşılması üçün yeni platformanın açılışı baş tutdu

Kapital Bank-da “Tech Guild Kick-Off”: Texniki təcrübələrin paylaşılması üçün yeni platformanın açılışı baş tutdu
13.12.2024 14:52
Kapital Bank-ın "Agile” və Texniki ofisinin birgə təşkilatçılığı ilə "Tech Guild Kick-Off” tədbiri baş tutdu. Tədbir texniki və biznes sahələrində çalışan əməkdaşların bilik və təcrübə mübadiləsinə, həmçinin texnologiya sahəsində yeni yanaşmaların tətbiqinə həsr edildi. 

Tədbirin açılışında "Agile” Ekspert Mərkəzinin lideri Şahnaz Nuri gildiyaların "Agile” transformasiyaya yeni nəfəs gətirdiyini və bir çox istiqamətin inkişafında yeni bir cığır açdığını vurğuladı. O, gildiyaların əməkdaşların yalnız öz fəaliyyət sahələrində deyil, digər istiqamətlərdə də bilik və bacarıqlarını artırmaq üçün əhəmiyyətli bir vasitə olduğunu, eləcə də bunun biznesə həm sürət, həm də keyfiyyət qatacağına inandığını qeyd edib. İnformasiya texnologiyaları idarəsinin Baş direktoru Mixail Qromov isə gələcək perspektivlər və innovativ həllərin biznesə qatdığı töhfələr haqqında danışıb. Tədbirdə Kapital Bank-ın biznes və texniki liderlərinin iştirakı ilə təşkil edilən panel xüsusilə seçilib. Paneldə texniki mükəmməllik və biznesdə sürətin balansı, prioritetlərin idarə olunması, çevik rollardan gözləntilər kimi mövzular müzakirə edilib, iştirakçıların sualları cavablandırılıb. 

Tədbir çərçivəsində "DevOps”, "Arxitektura və Development”, "QA və Analitika”, eləcə də "İnformasiya təhlükəsizliyi” kimi dörd əsas istiqamət üzrə 16 sessiya keçirilib. 400-dən çox əməkdaşın iştirak etdiyi bu sessiyalarda Kapital Bank-la yanaşı, "Umico” və "Pasha Pay” şirkətlərini təmsil edən spikerlər də çıxış edib.  

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc. 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
BP şirkətinin mənfəəti açıqlanıb
İqtisadiyyat 13:09
BP şirkətinin mənfəəti açıqlanıb
Banklar dollar alışını artırıb - AMB
İqtisadiyyat 12:25
Banklar dollar alışını artırıb - AMB
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:25
Azərbaycan nefti bahalaşıb
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 08:44
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
Azərbaycanda elektromobillərin sayı açıqlanıb
İqtisadiyyat 17:47
Azərbaycanda elektromobillərin sayı açıqlanıb
Ötən il ölkədə kondensat hasilatı bu qədər olub
İqtisadiyyat 17:22
Ötən il ölkədə kondensat hasilatı bu qədər olub
Birbank vasitəsilə sığorta alanlara şad xəbər
İqtisadiyyat 15:15
Birbank vasitəsilə sığorta alanlara şad xəbər
Faizsiz taksitlə Sevgililər Günü hədiyyəsini seçmək daha rahatdır!
İqtisadiyyat 14:03
Faizsiz taksitlə Sevgililər Günü hədiyyəsini seçmək daha rahatdır!
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:17
Avro və rubl ucuzlaşıb - Məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol