• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib
16.12.2024 17:09
13 dekabr 2024-cü il tarixində qiyabi şəkildə ABB Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçirilib. 

Yığıncaqda ABB-nin nizamnamə kapitalı bankın səhmlərinin kütləvi emissiyası nəticəsində əldə edilmiş vəsaitlər hesabına artırılaraq 1 281 271 392.54 manata çatdırılıb. Bankın nizamnaməsi yeni redaksiyada təsdiqlənib. Bununla yanaşı, Bankın törəmə innovasiya şirkətinin yaradılması məsələsinə baxılaraq müsbət qərar qəbul edilib.

Qeyd edək ki, 13 dekabr 2024-cü ildə baş tutmuş yığıncaq ABB səhmlərinin kütləvi emissiyasından sonra Bankın səhmdarlarının ilk ümumi yığıncağıdır. Səhm emissiyasından sonra hazırda ABB-nin 35 mindən çox səhmdarı var.

Ölkəmizdə ilk dəfə olaraq ABB səhmdarları üçün gündəlikdəki məsələlər üzrə elektron qaydada səsvermədə iştirak imkanı yaradılıb. Bu yeni xidmət yığıncaqların məsafədən təşkilinə, bildirişlərin, gündəlikdəki məsələlərlə bağlı məlumatların səhmdarlara operativ və vaxtında çatdırılmasına, kağız daşıyıcılarından istifadənin minimuma endirilməsinə imkan verir.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
BP şirkətinin mənfəəti açıqlanıb
İqtisadiyyat 13:09
BP şirkətinin mənfəəti açıqlanıb
Banklar dollar alışını artırıb - AMB
İqtisadiyyat 12:25
Banklar dollar alışını artırıb - AMB
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:25
Azərbaycan nefti bahalaşıb
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 08:44
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
Azərbaycanda elektromobillərin sayı açıqlanıb
İqtisadiyyat 17:47
Azərbaycanda elektromobillərin sayı açıqlanıb
Ötən il ölkədə kondensat hasilatı bu qədər olub
İqtisadiyyat 17:22
Ötən il ölkədə kondensat hasilatı bu qədər olub
Birbank vasitəsilə sığorta alanlara şad xəbər
İqtisadiyyat 15:15
Birbank vasitəsilə sığorta alanlara şad xəbər
Faizsiz taksitlə Sevgililər Günü hədiyyəsini seçmək daha rahatdır!
İqtisadiyyat 14:03
Faizsiz taksitlə Sevgililər Günü hədiyyəsini seçmək daha rahatdır!
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:17
Avro və rubl ucuzlaşıb - Məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol