• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Bank Respublika “İlin Bankı” adına layiq görüldü

Bank Respublika “İlin Bankı” adına layiq görüldü
23.12.2024 12:56
Bank Respublika APFM AWARDS mükafatlarının təqdimat mərasimində "İlin Bankı – 2024” nominasiyasında qalib gəldi.
 
Bakı, 23 dekabr, 2024. Ölkənin aparıcı banklarından biri olan Bank Respublika, Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının (APFM) təşkilatçılığı ilə keçirilən 1-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimində "İlin Bankı – 2024” nominasiyasında qalib gəldi. Bu nüfuzlu mükafat Bank Respublikanın maliyyə sektorunda göstərdiyi uğurlu fəaliyyətin və müştərilərinə təqdim etdiyi xidmətlərin yüksək qiymətləndirilməsi oldu.

Tədbir maliyyə sahəsində əməkdaşlığı təşviq etməklə yanaşı, sahənin ən yaxşı nümayəndələrini bir araya gətirib. Mərasimdə ölkənin aparıcı maliyyə institutlarının nümayəndələri, dövlət rəsmiləri, biznes ictimaiyyətinin tanınmış simaları, eləcə də maliyyə sahəsinin peşəkarları iştirak ediblər.

 "İlin Bankı – 2024” nominasiyasında Bank Respublika, APFM tədbirlərində fəal iştirakı və APFM üzvlərinin ən çox müraciət etdiyi, yüksək məmnuniyyət qazandığı bank kimi seçilib. Bu mükafat, həmçinin Bank Respublikanın innovativ xidmətləri və müştərilərinə yönəlik fərdi yanaşmasının nəticəsidir.

Bank Respublika, maliyyə sektorunda geniş spektrli xidmətləri ilə tanınır. Bankın təqdim etdiyi rəqəmsal həllər müştərilərə sürətli və rahat bank xidmətləri təklif edir. Eyni zamanda, müştəri mərkəzli yanaşma, dayanıqlı maliyyə idarəetməsi və sosial məsuliyyətə verdiyi əhəmiyyət Bank Respublikanı sektorda fərqləndirir. Bank Respublika, həmçinin ölkədə iqtisadi inkişafı dəstəkləmək və maliyyə bazarlarında davamlı irəliləyiş əldə etmək məqsədilə yeni layihələr üzərində çalışır.

Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
BP şirkətinin mənfəəti açıqlanıb
İqtisadiyyat 13:09
BP şirkətinin mənfəəti açıqlanıb
Banklar dollar alışını artırıb - AMB
İqtisadiyyat 12:25
Banklar dollar alışını artırıb - AMB
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:25
Azərbaycan nefti bahalaşıb
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 08:44
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
Azərbaycanda elektromobillərin sayı açıqlanıb
İqtisadiyyat 17:47
Azərbaycanda elektromobillərin sayı açıqlanıb
Ötən il ölkədə kondensat hasilatı bu qədər olub
İqtisadiyyat 17:22
Ötən il ölkədə kondensat hasilatı bu qədər olub
Birbank vasitəsilə sığorta alanlara şad xəbər
İqtisadiyyat 15:15
Birbank vasitəsilə sığorta alanlara şad xəbər
Faizsiz taksitlə Sevgililər Günü hədiyyəsini seçmək daha rahatdır!
İqtisadiyyat 14:03
Faizsiz taksitlə Sevgililər Günü hədiyyəsini seçmək daha rahatdır!
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:17
Avro və rubl ucuzlaşıb - Məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol