• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

“Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı

“Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı
20.12.2024 18:00
Bu il də sərfəli qiymətləri ilə abunəçilərinə ən yaxın olan mobil operator "Nar” və Milli İnternet Mükafatı "Netty”  internetin Azərbaycan seqmentində həyata keçirilən rəqəmsal təşəbbüsləri mükafatlandırdı. Elm, maliyyə, innovasiya, səhiyyə, turizm, kimi geniş spektri əhatə edən müsabiqədə 200-dən çox layihə 9 nominasiya və 27 alt nominasiya üzrə qeydiyyatdan keçmişdi. 

Finalçılar həm "Netty” ekspertlərinin, həm də internet istifadəçilərinin onlayn səsverməsi əsasında müəyyən edildi. Mükafata namizədlərin və ekspertlərin, eləcə də tanınmış simaların iştirak etdiyi mükafatanlandırma mərasimində 21 qalib layihə bəlli oldu. Qalib layihələr haqqında ətraflı məlumatı netty.az səhifəsindən öyrənə bilərsiniz.

Qeyd edək ki, hər il "Nar”-ın baş tərəfdaşlığı ilə keçirilən "NETTY” Milli İnternet Mükafatı 20 ildir ki, internetin Azərbaycan seqmentində həyata keçirilən müxtəlif layihələri tanıdır və mükafatlandırır. "Netty” mükafatı ilə tərəfdaşlıq "Nar”ın Korporativ Sosial Məsuliyyət strategiyasının təhsil və maarif istiqamətinə uyğun olaraq həyata keçirilir. "Nar”ın KSM layihələri haqqında daha ətraflı nar.az səhifəsindən öyrənə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən "Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
BP şirkətinin mənfəəti açıqlanıb
İqtisadiyyat 13:09
BP şirkətinin mənfəəti açıqlanıb
Banklar dollar alışını artırıb - AMB
İqtisadiyyat 12:25
Banklar dollar alışını artırıb - AMB
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:25
Azərbaycan nefti bahalaşıb
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 08:44
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
Azərbaycanda elektromobillərin sayı açıqlanıb
İqtisadiyyat 17:47
Azərbaycanda elektromobillərin sayı açıqlanıb
Ötən il ölkədə kondensat hasilatı bu qədər olub
İqtisadiyyat 17:22
Ötən il ölkədə kondensat hasilatı bu qədər olub
Birbank vasitəsilə sığorta alanlara şad xəbər
İqtisadiyyat 15:15
Birbank vasitəsilə sığorta alanlara şad xəbər
Faizsiz taksitlə Sevgililər Günü hədiyyəsini seçmək daha rahatdır!
İqtisadiyyat 14:03
Faizsiz taksitlə Sevgililər Günü hədiyyəsini seçmək daha rahatdır!
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:17
Avro və rubl ucuzlaşıb - Məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol