• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Kapital Bank tələbələr üçün “Emosional zəka” mövzusunda təlimlər keçirdi

Kapital Bank tələbələr üçün “Emosional zəka” mövzusunda təlimlər keçirdi
23.12.2024 17:26
Ölkənin birinci bankı Kapital Bank gənclərin inkişafına və karyera yollarında uğur qazanmalarına dəstək olmaq məqsədilə müxtəlif təlimlər təşkil etməyə davam edir. Bu dəfə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) "Kapital Bank otağı” və Bakı Slavyan Universitetinin karyera mərkəzində "Emosional zəka” mövzusunda təlimlər keçirilib.
 
Hər iki təlim Kapital Bank-ın İstedadların İdarə Edilməsi departamentinin İşçi Bağlılığı və Motivasiya şöbəsinin baş mütəxəssisi Nərmin Əhmədzadə tərəfindən keçirilib. Təlim zamanı tələbələr emosional zəkanın iş həyatında və şəxsi inkişafdakı rolu, eləcə də onu artırmaq üçün effektiv üsullar və tətbiq sahələri haqqında ətraflı məlumat əldə ediblər.
 

Qeyd edək ki, hər zaman təhsilə dəstək layihələri ilə gündəmə gələn Kapital Bank Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texnologiya Universiteti və Bakı Mühəndislik Universitetində müasir texnoloji standartlara cavab verən "Kapital Bank” otaqlarının açılışını həyata keçirib. Bu otaqlar tələbələrin müxtəlif təlimlərdə iştirak edərək yeni bacarıqlar qazanması üçün istifadəyə verilib. Bank gələcəkdə də gənclər üçün innovativ təlim proqramları və tədbirlər keçirməyə davam edəcək.
 
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
BP şirkətinin mənfəəti açıqlanıb
İqtisadiyyat 13:09
BP şirkətinin mənfəəti açıqlanıb
Banklar dollar alışını artırıb - AMB
İqtisadiyyat 12:25
Banklar dollar alışını artırıb - AMB
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:25
Azərbaycan nefti bahalaşıb
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 08:44
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
Azərbaycanda elektromobillərin sayı açıqlanıb
İqtisadiyyat 17:47
Azərbaycanda elektromobillərin sayı açıqlanıb
Ötən il ölkədə kondensat hasilatı bu qədər olub
İqtisadiyyat 17:22
Ötən il ölkədə kondensat hasilatı bu qədər olub
Birbank vasitəsilə sığorta alanlara şad xəbər
İqtisadiyyat 15:15
Birbank vasitəsilə sığorta alanlara şad xəbər
Faizsiz taksitlə Sevgililər Günü hədiyyəsini seçmək daha rahatdır!
İqtisadiyyat 14:03
Faizsiz taksitlə Sevgililər Günü hədiyyəsini seçmək daha rahatdır!
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:17
Avro və rubl ucuzlaşıb - Məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol