• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

ABB istiqrazları tam həcmdə uğurla yerləşdirildi!

ABB istiqrazları tam həcmdə uğurla yerləşdirildi!
24.12.2024 17:38
24 dekabr 2024-cü ildə Bakı Fond Birjasında "ABB” ASC-nin sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Daha öncə Bakı Fond Birjasının "Premium” bazar seqmentində listinqə daxil edilmiş bu qiymətli kağızların ümumi həcmi 100 milyon manat təşkil edir. 

İstiqrazların emissiyası rəqabətli hərrac üsulu ilə həyata keçirilib. Təklif olunan istiqrazların hər birinin nominal dəyəri 100 manat, tədavül müddəti 2 il təşkil edir. İstiqrazlar investorlara illik 11% gəlirlilik təmin edəcək. Bu istiqrazlar üzrə faiz ödənişləri hər 3 (üç) təqvim ayından bir həyata keçiriləcək. Ödəniş tarixi qeyri-iş gününə təsadüf etdikdə, faiz ödənişi növbəti ilk iş günü tamamlanacaq.

Bu istiqrazların buraxılışı mütəşəkkil kapital bazarından sərbəst vəsaitlərin cəlb edilməsi ilə bankın aktivlərinin və pul vəsaitlərinin resurs bazasının diversifikasiyasının artırılması, ortamüddətli maliyyələşmənin təmin olunması, eləcə də ölkəmizin qiymətli kağızlar bazarının inkişafına töhfə vermək məqsədilə həyata keçirilib. 

Emissiyadan əldə olunan vəsait ABB-nin kredit portfelinin artırılmasına, kredit bazarında mövqeyinin gücləndirilməsinə, eləcə də ABB-nin strateji layihələrinin icrasının maliyyələşməsinə yönəldiləcək. Əlavə olaraq, istiqraz buraxılışından cəlb olunmuş vəsaitlər ölkə daxilində sərfəli və keyfiyyətli bankçılıq xidmətləri təklif etməklə regionlarda real iqtisadiyyatın maliyyələşdirilməsinə, bölgələrdə iqtisadi rifahın və məşğulluğun artırılmasına müsbət təsir göstərəcək.
Buraxılışın anderrayteri qismində "ABB-İnvest İnvestisiya Şirkəti” QSC çıxış edib. İstiqrazlar artıq sabahdan etibarən Bakı Fond Birjasında təkrar bazarda tədavülə buraxılacaq. Təkrar bazardan bu istiqrazları əldə etmək niyyətində olan investorlar "ABB-İnvest İnvestisiya Şirkəti” QSC-ə müraciət edə bilər. 
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
BP şirkətinin mənfəəti açıqlanıb
İqtisadiyyat 13:09
BP şirkətinin mənfəəti açıqlanıb
Banklar dollar alışını artırıb - AMB
İqtisadiyyat 12:25
Banklar dollar alışını artırıb - AMB
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:25
Azərbaycan nefti bahalaşıb
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 08:44
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
Azərbaycanda elektromobillərin sayı açıqlanıb
İqtisadiyyat 17:47
Azərbaycanda elektromobillərin sayı açıqlanıb
Ötən il ölkədə kondensat hasilatı bu qədər olub
İqtisadiyyat 17:22
Ötən il ölkədə kondensat hasilatı bu qədər olub
Birbank vasitəsilə sığorta alanlara şad xəbər
İqtisadiyyat 15:15
Birbank vasitəsilə sığorta alanlara şad xəbər
Faizsiz taksitlə Sevgililər Günü hədiyyəsini seçmək daha rahatdır!
İqtisadiyyat 14:03
Faizsiz taksitlə Sevgililər Günü hədiyyəsini seçmək daha rahatdır!
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:17
Avro və rubl ucuzlaşıb - Məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol