• $ 1.7
  • € 1.9328
  • ₽ 2.0703
  • ₺ 0.0447
  • £ 2.2559

Tramp və Səudiyyə Ərəbistanı arasında gərginlik artır

Tramp və Səudiyyə Ərəbistanı arasında gərginlik artır
03.02.2025 22:01
ABŞ Prezidenti Donald Tramp və Səudiyyə Ərəbistanı arasında neft qiymətləri ilə bağlı potensial qarşıdurma yaranır. Bu barədə  The Wall Street Journal nəşri mənbələrinə istinadən  xəbər verib. 
 
Trampın komandası artıq başa düşüb ki, ABŞ-da neft hasilatını əhəmiyyətli dərəcədə artırmaq və bununla da dünya bazarında qiymətləri aşağı salmaq mümkün olmayacaq.

"Tramp nə qədər qaydanı ləğv etsə də neft şirkətlərinin rəhbərlərinə görə, ABŞ-da növbəti neft bumu yaxın gələcəkdə gözlənilmir.  ABŞ neft bumu dövründə bir çox istehsalçının iflas həddinə çatmasından sonra indi xərcləri azaltmağa və investorların pullarını qaytarmağa çalışır", – WSJ yazır.

Buna görə də Tramp Səudiyyə Ərəbistanı və digər OPEC ölkələrini hasilatı artıraraq bazara daha çox neft buraxmağa inandırmağa çalışır. Lakin Səudiyyə Ərəbistanı artıq açıq şəkildə bunun baş verməyəcəyini bəyan edib.

Trampın komandası neftin qiymətini 45 dollar səviyyəsinə qədər endirmək istəyir (hazırda 73 dollar, 2022-ci ildə isə 94 dollardan çox idi). Lakin belə qiymətlər həm ABŞ-ın şist neft istehsalçıları, həm də Səudiyyə Ərəbistanı üçün "fəlakətli” ola bilər – çünki bu iki tərəf qlobal neft bazarında Trampın ən güclü tərəfdaşları hesab olunur.

Onlarla şist neft istehsalçısı 2020-ci ildə COVID-19 pandemiyası səbəbindən qiymətlərin kəskin düşməsi fonunda müflis olub. Digər tərəfdən, Səudiyyə Ərəbistanı da belə aşağı qiymətlərlə büdcəsini balanslaşdıra bilməz.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Çin Rusiyadan neft idxalını azaldır
İqtisadiyyat 12:35
Çin Rusiyadan neft idxalını azaldır
Nisyə mal alqı-satqısı sahəsində şərtlər dəyişib
İqtisadiyyat 11:30
Nisyə mal alqı-satqısı sahəsində şərtlər dəyişib
Naxçıvanda yeni nəsil kassa aparatları ilə dövriyyə artıb
İqtisadiyyat 14:55
Naxçıvanda yeni nəsil kassa aparatları ilə dövriyyə artıb
Azərbaycan buğda idxalını artırıb
İqtisadiyyat 14:07
Azərbaycan buğda idxalını artırıb
Доля инвестиций ГНФАР на Ближнем Востоке увеличилась на 0,8%
İqtisadiyyat 12:20
Доля инвестиций ГНФАР на Ближнем Востоке увеличилась на 0,8%
Qarabağın bu ərazilərinə 30 milyon manat investisiya qoyulub
İqtisadiyyat 11:00
Qarabağın bu ərazilərinə 30 milyon manat investisiya qoyulub
ABB-dən yeni rəqəmsal yığım hesabı və əlavə qazanc fürsəti
İqtisadiyyat 10:40
ABB-dən yeni rəqəmsal yığım hesabı və əlavə qazanc fürsəti
Əmtəə bazarlarında qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:07
Əmtəə bazarlarında qızılın qiyməti ucuzlaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:28
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol