Azərbaycanda bahalaşan qida məhsularının siyahısı açıqlanıb
![Azərbaycanda bahalaşan qida məhsularının siyahısı açıqlanıb Azərbaycanda bahalaşan qida məhsularının siyahısı açıqlanıb](https://anews.az/photo/850x500/2025/02/12/1739352459_1728635144_1726044594_1723544124_1715598237_1712652374_1710322575_1707902618_erzaq_sebeti-1.jpg)
2025-ci ilin yanvarında əvvəlki ayla müqayisədə balıq məhsullarının, uşaq qidası üçün quru süd qarışığının, kərə, günəbaxan və qarğıdalı yağlarının, süfrə marqarininin, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, kivinin, qozun, fındığın, şabalıdın, ağ kələmin, göyərtinin, xiyarın, pomidorun, şirin bibərin, balqabağın, sarımsağın, soğanın, kartofun qiymətində bahalaşma olub. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Ay ərzində həmçinin makaronun, təzə balığın, yumurtanın, portağalın, bananın, yerkökünün qiymətində ucuzlaşma müşahidə edilib.
Qeyri-qida məhsullarında isə kərpicin, sulu boyaların, pambıq parçaların, çilçıraqların, zərgərlik məmulatlarında bahalaşma hiss edilib. Kəsilmiş taxtaların, laminat parketlərin, yazı kağızlarının qiymətlərində isə ucuzlaşma müşahidə edilib.
Gülnar Nazimqızı