• $ 1.7
  • € 1.7778
  • ₽ 1.8586
  • ₺ 0.0469
  • £ 2.1416

Ötən il sığorta bazarının həcmi artıb

Ötən il sığorta bazarının həcmi artıb
14.02.2025 11:20

2024-cü ildə sığorta bazarının həcmi 1 milyard 353 milyon 185 min manat təşkil edib. Bunu Azərbaycan Sığortaçılar Assosasiyasının Müşahidə Şurasının sədri Ülviyyə Cabbarova deyib. 

“Son illərdə rəqəmsallaşma bu sektorda yeni imkanlar açıb. Onlayn sığorta xidmətlərinin geniş yayılması, elektron müqavilələrin tətbiqi və avtomatlaşdırılmış həllərin inkişafı müştərilər üçün prosesi daha rahat və əlçatan edib”  Cabbarova Azərbaycan Maliyyə Forumunda çıxışı zamanı bildirib.

2023-cü ildə Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 1 milyard 222,537 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2022-ci ilə nisbətən 25,9 % çoxdur.

Ötən il sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 48 manatı ödəniş edilib. Əvvəlki bu göstərici 44,6 manat olub.

Son 1 ildə yığımları illik müqayisədə ən çox artan şirkət "Azərsığorta" ASC-dir. Bu şirkət 9 ay ərzində 26,678 milyon manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 2,8 dəfə çoxdur. Daxilolmaları ən az artan şirkət isə "Naxçıvan Sığorta” ASC-dir. Bu şirkətin daxilolmaları 2,126 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 21,3% çoxdur.

Azərbaycanda hazırda 20 sığorta şirkəti fəaliyyət göstərir. 

Aytac

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda orta aylıq əməkhaqqı artıb
İqtisadiyyat 11:33
Bakıda orta aylıq əməkhaqqı artıb
Ötən il Bakıda tikinti işlərinin 91%-dən çoxunu özəl şirkətlər aparıb
İqtisadiyyat 11:24
Ötən il Bakıda tikinti işlərinin 91%-dən çoxunu özəl şirkətlər aparıb
"Bitkoin" yenidən ucuzlaşıb
İqtisadiyyat 10:42
"Bitkoin" yenidən ucuzlaşıb
İLK DƏFƏ - “Bank Respublika”dan sahibkarlara “Yaşıl Kredit”
İqtisadiyyat 10:39
İLK DƏFƏ - “Bank Respublika”dan sahibkarlara “Yaşıl Kredit”
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:02
Azərbaycan nefti bahalaşıb
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:17
Avro və rubl ucuzlaşıb - Məzənnə

Birbank-da sərfəli deposit kampaniyası davam edir: qazancınızı 11%-dək artırın
İqtisadiyyat 16:48
Birbank-da sərfəli deposit kampaniyası davam edir: qazancınızı 11%-dək artırın
Azərbaycanla Gürcüstan arasında dəmir yolu ilə sərnişin daşınması mayın 1-dən bərpa oluna bilər- AÇIQLAMA
İqtisadiyyat 15:34
Azərbaycanla Gürcüstan arasında dəmir yolu ilə sərnişin daşınması mayın 1-dən bərpa oluna bilər- AÇIQLAMA
Yanvarda ölkədə neft və qaz istehsalı azalıb
İqtisadiyyat 14:55
Yanvarda ölkədə neft və qaz istehsalı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol