Azərbaycanın bank sektorunun məcmu kapitalı 10,8 % artıb
![Azərbaycanın bank sektorunun məcmu kapitalı 10,8 % artıb Azərbaycanın bank sektorunun məcmu kapitalı 10,8 % artıb](https://anews.az/photo/850x500/2025/02/14/1739520453_zakirnuri.png)
2024-cü ildə Azərbaycanın bank sektorunun məcmu kapitalı 10,8 % artaraq 6,2 milyard manata təşkil edir. Bu barədə "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin sədri Zakir Nuriyev bildirib.
"Sektorunun kapital adekvatlığı 17,6 % olmaqla minimum requlyativ tələbi (sistem əhəmiyyətli banklar üçün minimum tələb 12 %, digər banklar üçün 10 %-dir) 1,7 dəfə üstələyib. Bank sektorunun likvid aktivləri 2024cü ilin sonuna 14,2 milyard manat olub. Bu cəmi aktivlərin 26,9 %-i təşkil edir", - Nuriyev bildirib.
Onun sözlərinə görə, ölkə banklarının ani likvidlik əmsalı 51,9 % (minimum normativ 30%) olmaqla minimum tələbi 1,7 dəfə üstələyib.
"Sektor üzrə məcmu likvidliyin örtülmə əmsalı 150, %, xarici valyuta üzrə isə 178% olub. Bu tələb sistem əhəmiyyətli banklar üçün 90%, digər banklar üçün
80% təşkil edib", - Nuriyev deyib.
Onun sözlərinə görə, 2024-cü ildə Azərbaycanda təminatsız banklararası bazarın həcmi 101 milyard manatı keçib, istinad faiz dərəcəsi də uçot faizi həddi civarında olub.
N.Təbrizli
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)