Qazaxıstan taxılının Azərbaycana dəmir yolu ilə tədarükü artıb

2024-cü ilin sentyabrından cari ilin martın 10- dək Qazaxıstan taxılının Azərbaycana dəmir yolu ilə tədarükü təxminən 95 dəfə artıb. Bu barədə Qazaxıstan Dəmir Yolu" (KTJ) şirkətinin mətbuat xidməti məlumat yayıb.
Azərbaycana tədarük 94,7 dəfə artaraq 379 min tona, İrana isə 17,5 dəfə artaraq 718 min tona çatıb.
2024-cü ildə "Qazaxıstan Dəmir Yolları" SC şəbəkəsi üzrə ümumi taxıl daşınmasının həcmi 10,6 milyon ton təşkil edib.
"Qazaxıstan Dəmir Yolları"nın mətbuat xidmətinin məlumatına görə, daxili daşımalar 13% artaraq 2,5 milyon tonu ötüb, ixrac isə 8,1 milyon ton təşkil edib.
Azərbaycan istiqamətində taxıl daşımalarının həcmi 2024-cü ildə 86% artıb.
Oxşar müsbət dinamika digər ölkələrlə ticarətdə də müşahidə olunur: Tacikistana ixrac 20%, Qırğızıstana 92%, İrana tədarük isə iki dəfə artıb.
Aytac