• $
  • €
  • ₽
  • ₺
  • £

Üçtərəfli işçi qrupu bağlanmayıb - Rusiya rəsmisi

Üçtərəfli işçi qrupu bağlanmayıb - Rusiya rəsmisi
18.03.2025 16:59

Moskva, Bakı və İrəvandan ibarət üçtərəfli işçi qrupu bağlanmayıb, əgər tərəfdaşlar müraciət etsələr, Rusiya öz işini davam etdirməkdən məmnun olacaq. Bu barədə jurnalistlərə Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib.

“Baş nazir müavinlərindən ibarət üçtərəfli işçi qrupuna gəlincə, o, 9-10 noyabr 2020-ci il tarixli bəyanatı çərçivəsində müvafiq olaraq Rusiya, Ermənistan və Azərbaycan dövlət başçılarının birgə bəyanatı ilə yaradılıb. Bu mövzuda tərəfdaşlar arasında əlaqələr aparılır. Əgər tərəfdaşlar bizimlə əlaqə saxlasalar biz də yardımçı ola bilsək, əlbəttə ki, bu işi davam etdirməkdən məmnun olarıq. Amma bu, tərəfdaşlardan asılıdır”, - Overçuk bildirib.

Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli işçi qrupu, 2020-ci ildəki 44 günlük İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq qurulmuş bir mexanizmdir. Bu qrup, müharibədən sonra yaranan vəziyyətin nizamlanması və daimi sülhün təmin edilməsi məqsədilə fəaliyyət göstərir.

Bu üçtərəfli işçi qrupunun əsas məqsədi, 2020-ci ilin 10 noyabrında imzalanmış atəşkəs bəyanatına əsaslanaraq tərəflər arasında yaranan problemlərin həllinə yönəlmiş işlərə dəstək verməkdir. Bu mexanizm, müharibə sonrası bölgədəki təhlükəsizlik vəziyyətini tənzimləmək, sərhəd məsələləri, məhbusların dəyişdirilməsi və humanitar vəziyyətin yaxşılaşdırılması kimi məsələlərdə əməkdaşlıq etməyi nəzərdə tutur.

Gülnar Nazimqızı 

 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol