Gömrük xətti ilə büdcə daxilolmaları bu qədər artıb

2025-ci ilin iki ayında gömrük xətti ilə büdcə daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 6.1% artaraq 1 milyard 17 milyon 766.5 min manata çatıb.
Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Məlumata görə, gömrük rüsumları üzrə daxilolmalar 289,709 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 7.4% çox), əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 682,186 milyon manat (5.1% çox), aksizlər üzrə daxilolmalar 38,792 milyon manat (14.8% çox), yol vergisi üzrə daxilolmalar isə 7,078 milyon manat (5.5% çox) təşkil edib.
2025-ci ilin iki ayında dövlət büdcəsinə 3 milyard 122,9 milyon manatdan çox vergi daxil olub. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,7 faiz artıb.
Qeyri-neft-qaz sektorundan daxilolmalar 2 milyard 114,1 milyon manatdan çox təşkil edib.
Ödənilən vergilərin 67,7 faizi qeyri-neft-qaz sektorunun, 32,3 faizi isə neft-qaz sektorunun payına düşüb.
Ötən il vergi daxilolmalarının 9 milyard 551,4 milyon manatı və yaxud 67,5 %-i qeyri-neft-qaz sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 13,9 % çoxdur.
Aytac