Rusiyadan Azərbaycana pul köçürmələrinin həcmi azalıb

2024-cü ildə Rsuiyadan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 496 milyon 753 min ABŞ dollar olub. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Rusiyadan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 496,7 milyon ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 550,770 milyon ABŞ dolları və ya 52,6% azalma deməkdir.
Hesabat ilində Azərbaycana ümumi pul köçürmələrində Rusiyanın payı 45,9% təşkil edib. 2023-cü ildə isə bu göstərici 63,3% idi.
Ötən il xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 571,9 milyon ABŞ dolları və ya 34,6% azalaraq 1,08 milyard ABŞ dolları təşkil edib.
Azərbaycana ən çox pul köçürmələri həyata keçirən ikinci ölkə 175,9 milyon ABŞ dolları ilə (illik müqayisədə 11,6 milyon ABŞ dolları və ya 7% çox) Türkiyə olub.
Hesabat ilində Azərbaycana ümumi pul köçürmələrində Rusiyanın payı 45,9% təşkil edib. 2023-cü ildə isə bu göstərici 63,3% idi.
Aytac