İlon Mask növbəti dəfə dünyanın ən zəngin adamı seçilib

Dünyanın ən zəngin adamı növbəti dəfə amerikalı sahibkar İlon Mask seçilib. Bu barədə Forbes jurnalı yazıb.
Nəşrin məlumatına görə onun hazırkı sərvəti 342 milyard dollar təşkil edir.
İkinci yerdə “Meta” korporasiyasının rəhbəri Mark Zukerberqdir , onun sərvəti 216 milyard dollar qiymətləndirilir.
Amazonun qurucusu Ceff Bezos 215 milyard dollar sərvətlə üçüncü yerdə qərarlaşıb.
Qeyd olunur ki, jurnalın reytinqində ümumi sərvəti 16,1 trilyon dollar olan 3 mindən çox insan yer alıb. İlk üçünün 200 milyard dollardan çox sərvəti var.
Aytac