ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi” başlandı!

ABB-nin tərəfdaşlıq dəstəyi ilə ADA Universitetində növbəti “Karyera
Həftəsi” başlanıb. Aprelin 23-ə qədər davam edəcək “Karyera Həftəsi”nin məqsədi
tələbə və məzunları ölkəmizin əmək bazarı, mövcud karyera imkanları ilə tanış
etməkdir.
ADA-nın hər il ənənəvi qaydada keçirdiyi “Karyera Həftəsi”ndə müxtəlif
müzakirə panelləri, seminar və təqdimatlar təşkil olunur. Bu tədbirlərdə ayrı-ayrı
qurumların rəhbər təmsilçiləri də iştirak edir. Universitetin tələbə və məzunları
onlarla tanış olur, işgüzar əlaqələr qururlar.
“Karyera Həftəsi”nin açılışında ABB-nin İdarə Heyəti sədrinin birinci
müavini İlham Həbibullayev də çıxış edib. O, tələbələrə bank sektorunda karyera
yolu barədə məlumat verib. Bu sahədə çalışmaq istəyən gənclər üçün faydalı ola
biləcək tövsiyələr verib.
ABB-nin tərəfdaşlıq dəstəyi ilə təşkil olunmuş “Karyera Həftəsi”nə 20-dən
çox qurum qatılıb. Tələbələr növbəti günlər ərzində bu qurumların təmsilçilərinin
iştirakı ilə maraqlı təqdimatlar dinləyəcək, gələcək karyera həyatları üçün faydalı
məlumatlar alacaqlar.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet
səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook
səhifəsindən əldə etmək olar.
Son xəbərlər
Daha çox 