• $ 1.7
  • € 1.9315
  • ₽ 2.042
  • ₺ 0.0446
  • £ 2.2456

Neft fondu I rübdə $2,42 milyard satıb

Neft fondu I rübdə $2,42 milyard satıb
17.04.2025 15:17

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2025-ci il 31 mart tarixinə aktivlərinin 2024-cü ilin sonu ilə müqayisədə 4,5% artaraq 62,74 milyard ABŞ dollarına çatdığını açıqlayıb.

Yanvar-martında Fondun büdcə gəlirləri 3,25 milyard manat, xərcləri isə 3,64 milyard manat təşkil edib. Neft-qaz sazişləri üzrə gəlirlər 3,02 milyard manat olub. Bu məbləğin 2,25 milyardı mənfəət nefti və qazın satışından, 765 milyon manatı isə bonus və tranzit ödənişlərindən əldə olunub.

Fondun aktivlərinin artımı əsasən vəsaitlərin idarə edilməsindən və məzənnə fərqindən yaranan büdcədənkənar gəlirlər hesabına təmin olunub.

Hesabat dövründə ARDNF 2,42 milyard ABŞ dolları məbləğində vəsaiti Mərkəzi Bank vasitəsilə valyuta hərraclarında satıb.

Qızıl qiymətlərinin artması fonunda ARDNF-in qızıl altportfelindən də əhəmiyyətli gəlir əldə olunub.

 

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Naxçıvanda yeni nəsil kassa aparatları ilə dövriyyə artıb
İqtisadiyyat 14:55
Naxçıvanda yeni nəsil kassa aparatları ilə dövriyyə artıb
Azərbaycan buğda idxalını artırıb
İqtisadiyyat 14:07
Azərbaycan buğda idxalını artırıb
Доля инвестиций ГНФАР на Ближнем Востоке увеличилась на 0,8%
İqtisadiyyat 12:20
Доля инвестиций ГНФАР на Ближнем Востоке увеличилась на 0,8%
Qarabağın bu ərazilərinə 30 milyon manat investisiya qoyulub
İqtisadiyyat 11:00
Qarabağın bu ərazilərinə 30 milyon manat investisiya qoyulub
ABB-dən yeni rəqəmsal yığım hesabı və əlavə qazanc fürsəti
İqtisadiyyat 10:40
ABB-dən yeni rəqəmsal yığım hesabı və əlavə qazanc fürsəti
Əmtəə bazarlarında qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:07
Əmtəə bazarlarında qızılın qiyməti ucuzlaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:28
Azərbaycan nefti bahalaşıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:11
Avro və rubl bahalaşıb - Məzənnə
Azərbaycan Mərkəzi Bankı aprelin 18-də repo hərracı keçirəcək
İqtisadiyyat 08:35
Azərbaycan Mərkəzi Bankı aprelin 18-də repo hərracı keçirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol