Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 7 % artırıb

2025-ci ilin ilk 3 ayında Azərbaycanın strateji valyuta ehtiyatları 73 milyard 766,7 milyon ABŞ dolları təşkil edib. Bu barədə SOFAZ məlumat verib.
Bu məbləğin 85,1 %-i və ya 62,74 milyard dolları Dövlət Neft Fondunun (ARDNF), 14,9 %-i və ya 11,03 milyard dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşür.
İlin I rübündə ölkənin valyuta ehtiyatları 2,78 milyard dollar və ya 3,9 % artıb. Artım əsasən ARDNF-in ehtiyatları hesabına baş verib – burada 2,71 milyard dollar və ya 4,5 % artım müşahidə olunub. AMB-nin ehtiyatlarında isə 67 milyon dollar və ya 0,6 % artım qeydə alınıb.
Son bir ildə Azərbaycanın ümumi valyuta ehtiyatları 4,74 milyard dollar və ya 6,9 % artıb. ARDNF-in ehtiyatları 5,37 milyard dollar və ya 9,4 %, AMB-nin ehtiyatları isə 627,9 milyon dollar və ya 5,4 % azalıb.
N.Təbrizli
Son xəbərlər
Daha çox 