Qırmızı Ürəklər Fondu “Qurban payı” aksiyasına start verir

Yardımlaşma, mərhəmət, ətraf mühitə və insanlara sevgi, qayğı ilə yanaşmaq kimi
nəcib dəyərləri yaşadan və təbliğ edən Qırmızı Ürəklər Fondu “Qurban payı” ianə
aksiyasına start verir. 6-7 iyun Qurban bayramı münasibəti ilə təşkil edilən layihə
çərçivəsində xeyirxah insanların ianələri hesabına toplanan vəsait ölkənin müxtəlif
bölgələrində yaşayan aztəminatlı ailələr üçün qurban payına çevriləcək.
Aksiyaya qoşulmaq, daha çox ailəyə bayram sevinci yaşatmaq üçün redhearts.az veb-
saytında “İanə et” bölməsindən və Birbank mobil tətbiqindən müvafiq olaraq ianə
etmək mümkündür.
Redhearts veb-saytı: //kbl.az/qrbnpyi
Birbank mobil tətbiqi: //bit.ly/BIRBNK
Qeyd edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə “Kapital Bank”
ASC-nin bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır.
2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin
formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil,
təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial
təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik
mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə
edərək sözügedən mövzularda dəstək olmaq üçün //redhearts.az saytına daxil
olmaq kifayətdir.