• $ 1.7
  • € 1.926
  • ₽ 0.021283
  • ₺ 0.0438
  • £ 2.2826

Bakı Fond Birjası kapital bazarının dərinləşməsi üçün 7 strateji təşəbbüs elan edib

Bakı Fond Birjası kapital bazarının dərinləşməsi üçün 7 strateji təşəbbüs elan edib
23.05.2025 11:55

Bakı Fond Birjası (BFB) kapital bazarının inkişafı məqsədilə yeddi yeni strateji təşəbbüs irəli sürüb. Bu barədə BFB İdarə Heyəti sədrinin müavini Oqtay Qasımov təqdimat zamanı bildirib.

Qasımovun sözlərinə görə, bu təşəbbüslərin dördü səhmlər, üçü isə istiqraz bazarına yönəlib. 

“Strategiyanı hazırlayarkən gördük ki, kapital bazarının dayanıqlı inkişafı üçün bütün iştirakçıların bir platformada birləşməsi zəruridir. Bakı Fond Birjası bu məkanı təmin edən əsas vasitədir,” –  o bildirib.

O qeyd edib ki, BFB-nin əsas məqsədi investorlara şəffaf və etibarlı ticarət mühiti təqdim etməkdir. 

“Biz ticarət infrastrukturunu təkmilləşdiririk, likvidlik artırılır və bazarda iştirakçıların aktivliyi üçün yeni imkanlar yaradılır.”

Qasımov, 2020-ci ildən etibarən kütləvi təkliflərdə və qiymətli kağızların emissiya həcmlərində əhəmiyyətli artım müşahidə olunduğunu bildirib. Hazırda birjada ən aktiv ticarət istiqamətləri arasında repо əməliyyatları və dövlət qiymətli kağızları ön plandadır.

O, həmçinin bildirib ki, real sektor şirkətlərinin birjada listinqə çıxması prioritet istiqamətlərdəndir.

“Son dörd ildə bu sahədə irəliləyiş müşahidə olunub. Hazırda bazarda daha çox maliyyə alətləri təqdim olunur və müxtəlif kateqoriyalardan olan investorlar üçün uyğun investisiya imkanları formalaşdırılır”, - birja rəsmisi deyib.

Qasımov birjanın beynəlxalq əməkdaşlıqlarına da toxunub. Onun sözlərinə görə, BFB Qazaxıstan və Birləşmiş Ərəb Əmirliklərindəki birjalarla tərəfdaşlıq edir və bu əməkdaşlıq gələcəkdə investorların qlobal bazarlara çıxışını asanlaşdıracaq.

“Makroiqtisadi baxımdan bizə oxşar ölkələrdə kapital bazarının dərinliyi daha yüksəkdir. Bu isə Azərbaycanda da geniş inkişaf potensialının olduğunu göstərir,” – Qasımov əlavə edib.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank-ın növbəti rəqəmsal filialı Zabratda!
İqtisadiyyat 14:58
Yelo Bank-ın növbəti rəqəmsal filialı Zabratda!
Azərbaycan investisiya fondları hüquqi maneələrlə üzləşir
İqtisadiyyat 12:10
Azərbaycan investisiya fondları hüquqi maneələrlə üzləşir
MDM rəhbəri: İnvestorların hüquqları üçün texniki infrastruktur təkmilləşdirilir
İqtisadiyyat 11:58
MDM rəhbəri: İnvestorların hüquqları üçün texniki infrastruktur təkmilləşdirilir
Bakı Fond Birjası kapital bazarının dərinləşməsi üçün 7 strateji təşəbbüs elan edib
İqtisadiyyat 11:55
Bakı Fond Birjası kapital bazarının dərinləşməsi üçün 7 strateji təşəbbüs elan edib
Azərbaycanın kapital bazarının yeddi dəfə artmaq imkanı var - McKinsey
İqtisadiyyat 11:28
Azərbaycanın kapital bazarının yeddi dəfə artmaq imkanı var - McKinsey
Azərbaycanda təkrar bazarın həcmi 5 dəfə, repo əməliyyatları isə 60 dəfə artıb
İqtisadiyyat 11:03
Azərbaycanda təkrar bazarın həcmi 5 dəfə, repo əməliyyatları isə 60 dəfə artıb
Mərkəzi Bank kapital bazarının dərinləşdirilməsi üçün islahatları genişləndirir
İqtisadiyyat 10:48
Mərkəzi Bank kapital bazarının dərinləşdirilməsi üçün islahatları genişləndirir
Azərbaycan Mərkəzi Bankı aktivlərini 5 % artırıb
İqtisadiyyat 10:20
Azərbaycan Mərkəzi Bankı aktivlərini 5 % artırıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:03
Azərbaycan nefti ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol