• $ 1.7
  • € 1.9697
  • ₽ 0.0208
  • ₺ 0.0419
  • £ 2.2692

“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir

“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
09.07.2025 15:13


 

Regionlara xüsusi diqqəti ilə seçilən sərfəli mobil operator “Nar”ın baş icraçı direktoru Qunnar Panke Azərbaycan Texnologiya Universitetində (ATU) keçirilən “Məzun günü” tədbirində iştirak edib. Gəncədə təşkil olunan mərasimdə 300-ə yaxın məzun, universitetin rəhbər heyəti, müəllim kollektivi və müxtəlif şirkətlərin nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən Qunnar Panke məzunları təbrik edərək onların gələcək peşə həyatlarında uğurlar arzulayıb.

“Nar” və Azərbaycan Texnologiya Universiteti arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində son bir ildə tələbələr üçün mobil texnologiyalar üzrə seminarlar, karyera hazırlığı proqramları və müəllimlər üçün ixtisasartırma təlimləri keçirilib. Bu əməkdaşlıq çərçivəsində ATU-da həm nəzəri, həm də praktik biliklərin inkişafına dəstək verilir. Çıxışında məzunlara müraciət edən Qunnar Panke bildirib: “Əziz məzunlar, sizi bu əlamətdar gün münasibətilə təbrik edirəm. İnanıram ki, hər biriniz gələcəkdə seçdiyiniz sahənin peşəkarına çevriləcək və cəmiyyətin inkişafına öz töhfənizi verəcəksiniz. Telekommunikasiya sahəsində karyera qurmaq istəyənlərə isə bizimlə birgə çalışma fürsətləri açıqdır”.

Qeyd edək ki, “Nar” korporativ sosial məsuliyyət strategiyasında təhsili əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib. Operator regionlarda yaşayan gənclərin bilik və bacarıqlarının artırılması onların əmək bazarına inteqrasiyasına dəstək və müasir texnologiyalarla tanışlığı istiqamətində davamlı layihələr həyata keçirir. 

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR və “Itochu” enerji və texnologiya sahələrində əməkdaşlıq imkanlarını müzakirə edib
İqtisadiyyat 18:32
SOCAR və “Itochu” enerji və texnologiya sahələrində əməkdaşlıq imkanlarını müzakirə edib
2025-ci ilin ilk yarısında 162 milyon manat artıq və əsassız ödəniş aşkar edilib
İqtisadiyyat 16:53
2025-ci ilin ilk yarısında 162 milyon manat artıq və əsassız ödəniş aşkar edilib
Azərbaycan qazının Suriyaya ixracı avqustun 2-də başlayacaq
İqtisadiyyat 13:23
Azərbaycan qazının Suriyaya ixracı avqustun 2-də başlayacaq
Azərbaycan Mərkəzi Bankı: İqtisadi sabitlik sahəsində irəliləyiş əldə olunub
İqtisadiyyat 13:04
Azərbaycan Mərkəzi Bankı: İqtisadi sabitlik sahəsində irəliləyiş əldə olunub
Bakı Beynəlxalq Dəniz Limanında yük dövriyyəsi artıb
İqtisadiyyat 13:00
Bakı Beynəlxalq Dəniz Limanında yük dövriyyəsi artıb
Azərbaycan paralimpiyaçıları 2025-ci ilin ilk yarısında 22 medal qazanıb
İqtisadiyyat 12:25
Azərbaycan paralimpiyaçıları 2025-ci ilin ilk yarısında 22 medal qazanıb

ABB “Qarabağ” Futbol Klubununrəsmi tərəfdaşı oldu!
İqtisadiyyat 12:23
ABB “Qarabağ” Futbol Klubununrəsmi tərəfdaşı oldu!

Yelo Bank rəqəmsal konseptli növbəti filialını təqdim edib
İqtisadiyyat 10:40
Yelo Bank rəqəmsal konseptli növbəti filialını təqdim edib
Məzənnə açıqlandı
İqtisadiyyat 09:06
Məzənnə açıqlandı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol