Azercell-dən “Premium” tarif istifadəçilərinə 6 aylıq pulsuz “Wolt+” abunəliyi!

Azercell “Premium+” loyallıq proqramı çərçivəsində “Premium” tarif istifadəçilərinə daha bir üstünlük təqdim edir. Yeni kampaniya çərçivəsində “Premium” tarif abunəçiləri “Wolt+” xidmətindən 6 ay ərzində ödənişsiz istifadə imkanı əldə edirlər.
“Wolt+” abunəliyinə qoşulan istifadəçilər restoran və mağazalardan pulsuz çatdırılma, “take away” sifarişlərində 10% endirim və eksklüziv təkliflərdən faydalana bilərlər. Bu üstünlüklər müştərilərə gündəlik sifarişlərini daha rahat və sərfəli etməyə şərait yaradır.
Kampaniyadan yararlanmaq üçün “Premium” tarif abunəçilərinin “Azercell” mobil tətbiqinə daxil olaraq “Wolt+” bannerinə klik etmələri kifayətdir. Bu zaman istifadəçilər avtomatik olaraq “Wolt” tətbiqinə yönləndirilir və kampaniyaya qoşulmaq üçün təqdim olunan xüsusi promo kod aktivləşdirilir. Qeyd olunan mərhələlər tamamlandıqdan sonra istifadəçilər 6 aylıq “Wolt+” abunəliyindən faydalana bilirlər.
Bu və digər üstünlüklər haqqında ətraflı məlumat üçün: