DOST Agentliyinin mənfəəti 2 dəfədən çox azalıb

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi 2024-cü ildə maliyyələşdirmə fəaliyyətləri nəticəsində 333,759 manat xalis pul vəsaiti əldə edib. Bu göstərici ötən ilin müvafiq dövründə 329,511 manat olub. Məlumat agentliyin konsolidə edilmiş maliyyə hesabatına qeyd edilir.
2024-cü ildə hökumət subsidiyaları üzrə daxilolmalar 6,344,615 manat təşkil edib.
Eyni zamanda, dövlətə geri qaytarılmış vəsaitlər 8,127 manat, icarə öhdəlikləri üzrə əsas məbləğ ödənişləri 2,157 manat, faiz ödənişləri isə 572 manat olub.
Nəticədə, il ərzində pul vəsaitlərində 2,927 manat xalis azalma baş verib. İl əvvəlinə Agentliyin sərəncamında olan pul vəsaitləri 40,010 manat olduğu halda, hesabat ilinin sonuna bu rəqəm 37,083 manata düşüb.
Maliyyə hesabatında qeyd edilir ki, bütün göstəricilər agentliyin əlavə qeydləri ilə birlikdə təqdim olunub və konsolidə edilmiş maliyyə sənədinin ayrılmaz tərkib hissəsidir.
Gülnar Nazimqızı