Azərbaycanın şəkər idxalı I yarımildə 40 faizədək azalıb

2025-ci ilin ilk yarısında Azərbaycan şəkər idxalını ötən ilin eyni dövrü ilə müqayisədə 39,8% azaldaraq 17 753 tona çatdırıb. Bu barədə Dövlət Gömrük Komitəsinin altı aylıq hesabatında qeyd olunub.
Hesabat dövründə şəkər idxalının dəyəri də 35,2% azalaraq 13,57 milyon ABŞ dollarına enib. Müqayisə üçün, ötən ilin müvafiq dövründə idxal həcmi 29 510 ton, dəyəri isə 20,96 milyon dollar olub.
Şəkər məhsulları ümumi idxalın 0,11%-ni, yeyinti məhsulları üzrə ümumi idxalın isə 0,85%-ni təşkil edib. Bu göstəricilər müvafiq olaraq 2024-cü ilin ilk yarısında 0,16% və 1,2% idi.
Şəkər idxalındakı azalmanı əsasən daxili istehsal imkanlarının genişlənməsi və bazarda istehlak dinamikasındakı dəyişikliklərlə əlaqələndirilir.
Gülnar Nazimqızı