Azərbaycan Mərkəzi Bankı Rusiya ilə ticarət əlaqələrini nəzarətdə saxlayır

Azərbaycan Mərkəzi Bankı (AMB) Rusiya ilə münasibətlərdə yaranmış gərginliyin iqtisadi təsirlərini, xüsusilə idxal-ixrac əməliyyatlarını və pul köçürmələrini nəzarətdə saxladığını bildirib.
AMB-nin sədri Taleh Kazımov mətbuat konfransında qeyd edib ki, Rusiya Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə əsas ticarət tərəfdaşlarından biridir və hazırda bu sahədə kəskin dəyişiklik müşahidə olunmur.
Bankın Statistika departamentinin direktoru Samir Nəsirov isə bildirib ki, dövlətlərarası gərginliyə baxmayaraq, ticarət və pul köçürmələrində əhəmiyyətli dəyişiklik qeydə alınmayıb.
Aytac
Son xəbərlər
Daha çox 