Bakı Beynəlxalq Dəniz Limanında yük dövriyyəsi artıb

Bu ilin yanvar-iyun aylarında “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus Bakı Beynəlxalq Dəniz Limanında 3,93 milyon ton yük aşırılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 % çoxdur. Bu barədə məlumatı ADY açıqlayıb.
Liman vasitəsilə ötürülən konteynerlərin (TEU – 20 fut ekvivalenti) sayı 53 030 təşkil edib ki, bu da 2024-cü ilin ilk yarısı ilə müqayisədə 71,8 % artım deməkdir.
Müqayisə üçün, ötən ilin ilk altı ayında limanda 3,7 milyon ton yük və 30 869 TEU konteyner aşırılmışdı.
Gülnar