Azərbaycan iqtisadiyyatı 1 % böyüyüb

2025-ci ilin yanvar-iyulunda ölkədə 72 milyard 429,9 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 % çox ümumi daxili məhsul istehsal olunub. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,3 % azalıb, qeyri neft-qaz sektorunda isə 3,1 % artıb.
ÜDM istehsalının 35 %-i sənaye, 10,1 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7 %-i nəqliyyat və anbar təsərrüfatı, 6,3 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6 %-i tikinti, 2,8 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 %-i informasiya və rabitə sahələrinin, 21,1 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,9 %-ni təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 7 077 manat olub.
Ölkədə Ümumi Daxili Məhsul istehsalı 2026-cı ildə 1,2 dəfə artım olacağı gözlənilir.
Dünya Bankı 2025-ci ildə Azərbaycan iqtisadiyyatının 2,6 % böyüyəcəyini proqnozlaşdırır.
Mərkəzi Bankın məlumatına görə, 2025-ci ildə Azərbaycanda inflyasiya 5,4 % olacağı proqnozlaşdırılır.
Aytac Zeynalova