Azərbaycan dövlət borcunun ÜDM-ə nisbətini 19,6% səviyyəsində saxlayıb – Maliyyə Nazirliyi

Azərbaycanın dövlət borcunun ÜDM-ə nisbəti 2025-ci ilin 1 iyul tarixinə 19,6% təşkil edib ki, bu da hökumətin müəyyən etdiyi 30%-lik yuxarı həddən xeyli aşağıdır, – Maliyyə Nazirliyi bildirib.
Prezidentin sərəncamları ilə 2025-ci ilin sonunadək dövlət borcunun ÜDM-ə nisbətinin 30%-dən aşağı saxlanılması və xarici borcun 10 mlrd ABŞ dollarını keçməməsi hədəflənib.
Nazirliyin məlumatına görə, 2025-ci ilin sonuna dövlət borcunun (xarici və daxili) 25,4 mlrd manat səviyyəsinə çatacağı gözlənilir ki, bu da ÜDM-in 19,6%-nə bərabərdir.
Orta müddətli dövrdə (2026–2029) dövlət borcunun 32 mlrd manata yüksələcəyi, ÜDM-ə nisbətinin isə 19,8% səviyyəsində qalacağı proqnozlaşdırılır.
Hökumət bildirir ki, prioritet sahələr – nəqliyyat, su təchizatı, məşğulluq və sosial müdafiə üzrə layihələrin maliyyələşdirilməsi üçün beynəlxalq maliyyə institutlarından kredit vəsaitlərinin cəlb edilməsi davam etdiriləcək.
N.Təbrizli