• $ 1.7
  • € 1.9748
  • ₽ 0.020643
  • ₺ 0.0408
  • £ 2.2767

Avtobus marşrutlarına onlayn bilet satışı 2 dəfə artıb

Avtobus marşrutlarına onlayn bilet satışı 2 dəfə artıb
09.10.2025 09:48

2025-ci ilin  yanvar-sentyabrında Azərbaycanda şəhərlərarası və rayonlararası müntəzəm avtobus marşrutlarına onlayn bilet satışını təmin edən "biletim.az" portalı vasitəsilə onlayn qaydada 584 294 bilet əldə edilib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyin (AYNA) məlumat verib.

Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

Ötən ilin 9 ayında qabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi 19,5 % idisə, bu ilin eyni dövründə bu rəqəm 33 %-ə çatıb. Bu da onu göstərir ki, sərnişinlərin avtovağzal xidmətlərinə inamı artmaqdadır və səfərlərini reallaşdıran zaman onlayn bilet alışına daha çox üstünlük verirlər.

biletim.az" portalında 56 şəhər və rayona, 86 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 341 reys olmaqla 389 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Naxçıvanda vergi daxilolmaları 16 %-dən çox artıb
İqtisadiyyat 11:59
Naxçıvanda vergi daxilolmaları 16 %-dən çox artıb
KOB subyektləri kibertəhlükəsizlik texnologiyalarına kifayət qədər sərmayə qoya bilmir
İqtisadiyyat 11:05
KOB subyektləri kibertəhlükəsizlik texnologiyalarına kifayət qədər sərmayə qoya bilmir
Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək
İqtisadiyyat 10:54
Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək
Unibank beynəlxalq konfransın dəstəkçisi olub
İqtisadiyyat 10:25
Unibank beynəlxalq konfransın dəstəkçisi olub
Avtobus marşrutlarına onlayn bilet satışı 2 dəfə artıb
İqtisadiyyat 09:48
Avtobus marşrutlarına onlayn bilet satışı 2 dəfə artıb
Süni intellekt həm də təhdid vasitədi kimi sürətlə inkişaf edir - Deputat
İqtisadiyyat 09:44
Süni intellekt həm də təhdid vasitədi kimi sürətlə inkişaf edir - Deputat

Azərbaycan neftinin qiyməti 70 dolları keçib
İqtisadiyyat 09:38
Azərbaycan neftinin qiyməti 70 dolları keçib
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:10
Bu günə olan məzənnə açıqlanıb
9 ayda 2 min ailə dövlətdən kirayəyə mənzil götürüb
İqtisadiyyat 17:47
9 ayda 2 min ailə dövlətdən kirayəyə mənzil götürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol