Ölkəyə idxal olunan elektrikli və hibrid avtomobillərin sayı açıqlanıb

2025-ci ilin doqquz ayında ölkəyə 1 milyard 605 milyon 020 min ABŞ dolları dəyərində 85 257 ədəd avtomobil idxal olunub, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 26,5% və 28,6% çoxdur. Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.
9 ayda Azərbaycana 263 milyon 999 min ABŞ dolları dəyərində 12 555 hibrid avtomobil idxal edilib. Bu isə illik müvafiq olaraq 2,8% azalma və 17,2% artım deməkdir.
Dövr ərzində ölkəyə gətirilən plug-in hibrid avtomobillərinin dəyəri 3,5 dəfə artaraq 604 milyon 619 min ABŞ dolları, sayı isə 6,4 dəfə artaraq 31 873 ədəd təşkil edib.
2024-cü ildə ölkədə elektrik mühərrikli minik avtomobillərinin sayı 5941 ədəd olub. Bu da ötən illə müqayisədə 2826 avtomobil çoxdur.
2023-cü ildə Azərbaycana ümumilikdə 91.8 min ədəd nəqliyyat vasitəsi idxal edilib ki, bunun 3027 ədədi elektromobil, 26 min 197 ədəd isə hibrid nəqliyyat vasitələri olub.
Aytac Zeynalova