Azərbaycan neftinin qiyməti 2%-ə yaxın artıb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,09 ABŞ dolları, yaxud 1,6 % artaraq 67,84 ABŞ dolları təşkil edib.Bu barədə neft bazarındakı mənbə məlumat verib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Son xəbərlər
Daha çox