Xəzəryanı ölkələr arasında gələn il 11 əməkdaşlıq sənədi imzalanacaq
Gələn il Tehranda Xəzəryanı ölkələrinin başçıları səviyyəsində keçiriləcək sammitdə daha 11 əməkdaşlıq sənədi imzalanacaq. Bunu İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi deyib.
O bildirib ki, sammitin keçirilməsinə hazırlıq gedir.
Qeyd edək ki, Xəzər dənizinin səviyyəsində son illər ərzində azalma müşahidə olunur.
İran mətbuatı son 5 il ərzində Xəzərin su səviyyəsinin 1 metrə qədər azaldığını bildirir.
Son xəbərlər
Daha çox