2026-cı ildə banklarda OpenBanking modeli tətbiqi olacaq
2026-cı ildə OpenBanking modeli tətbiqi olacaq. Bunu "Paşa bank" ASC-nin idarə heyətinin üzvü Cəlal Orucov deyib.
Onun sözlərinə görə, bu proses həm Mərkəzi Bankın tənzimləyici fəaliyyəti, həm də maliyyə sektorunda şəffaflığın artırılması tələbləri ilə bağlı olacaq.
"OpenBanking-in tətbiqi bank sektorunda yeni çağırışlar yaradacaq. Bankların bu modeli gündəlik əməliyyatlara inteqrasiya etməsi və onun üzərindən gəlir mexanizmini formalaşdırması əsas məsələlərdən biri olacaq. Fintex şirkətləri üçün isə OpenBanking uzun müddətdir gözlənilən yeni imkanlar açır. Sektorun qarşısında duran əsas sual bu imkanlardan nə dərəcədə effektiv istifadə ediləcəyi və yeni xidmətlərin bazara hansı sürətlə çıxarılacağı ilə bağlıdır",- o vurğulayıb.
Aytac
Son xəbərlər
Daha çox