İlin sonuna kimi Qarabağa ayrılan vəsaitin 22 milyard manata çatağacı gözlənilir - Nazir
2020-ci ildən bəri işğaldan azad edilmiş ərazilərin bərpasına dövlətin ayırdığı vəsaitlərin ümumi həcmi ilin sonuna 22 milyard manata çatacaq. Bunu maliyyə naziri Sahil Babayev parlamentdə 2026-cı ilin büdcə müzakirələri zamanı bildirib.
Nazirin sözlərinə görə, “Böyük Qayıdış” üzrə I Dövlət Proqramının icrası 2026-cı ilin dövlət büdcəsinin əsas prioritetlərindən biri olaraq qalır.
Gələn il proqram çərçivəsində görüləcək işlərə 3,5 milyard manat — büdcə xərclərinin təxminən 8,4%-i — yönəldiləcək.
Babayev xatırladıb ki, 2020-ci ilin sonundan bu günə qədər bərpa və quruculuq işlərinə 17,6 milyard manat xərclənib, lakin ilin sonunadək bu rəqəmin daha 4,4 milyard manat artacağı gözlənilir.
Nazir bildirib ki, 2026-cı il büdcəsi və sonrakı üç ilin xərclər çərçivəsi məhz bu istiqamət üzrə maliyyə təminatına üstünlük verir.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox