Gələn il 100 yeni peşə və kvalifikasiya standartı hazırlanacaq
2026-ci il 100 yeni peşə və kvalifikasiya standartı hazırlanacaq, 135 standart isə yenilənəcək. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisdə büdcə müzakirələri zamanı deyib.
Bu addım əmək bazarının tələblərinə uyğun kadr hazırlığını gücləndirməyi hədəfləyir.
İşsiz və işaxtaran şəxslərin məşğulluğuna dəstək məqsədilə əməkhaqqının birgə maliyyələşdirilməsi mexanizmi genişləndiriləcək. Proqrama 2026-cı ildə 1 000-dən çox şəxsin cəlb olunacağı gözlənilir.
Həmçinin gələn il ölkə üzrə 180 əmək yarmarkasının keçirilməsi planlaşdırılır. Bu tədbirlər işaxtaranların potensial işəgötürənlərlə birbaşa əlaqəsini artırmağı hədəfləyir.
Nazir bildirib ki, peşəyönümü üzrə maarifləndirici fəaliyyətlər də genişləndiriləcək. Tələbə, şagird, valideyn, işaxtaran və işsizlər də daxil olmaqla 230 mindən çox şəxs peşə seçimi, karyera planlaşdırılması və əmək bazarının tələblərinə dair məsləhət xidmətləri ilə əhatə olunacaq.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox