SOCAR və BƏƏ-nin ENOC Qrupu enerji əməkdaşlığını genişləndirməyi müzakirə edib
SOCAR-ın prezidenti Rövşən Nəcəf BƏƏ-nin “ENOC Group” şirkətinin idarə heyətinin üzvü və baş icraçı direktoru Hussein Lutah ilə görüşüb.
SOCAR-ın yaydığı məlumata görə, tərəflər şirkətlər arasında əməkdaşlıq imkanlarını müzakirə edib və noyabrda SOCAR ilə “Dragon Oil” arasında imzalanmış Anlaşma Memorandumunun əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar.
Görüşdə kəşfiyyat və hasilat, rəqəmsallaşma, ticarət, marketinq və digər qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.