• $ 1.7
  • € 2.0018
  • ₽ 0.021637
  • ₺ 0.0397
  • £ 2.293

Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib

Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
25.12.2025 16:33

Bu ilin yanvar–noyabr aylarında Azərbaycanda həyat sığortası növləri üzrə toplanmış sığorta haqları 773,9 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16,1% çoxdur.
“Report”un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, hesabat dövründə həyat sığortası üzrə ödənişlər 32,2% artaraq 595,7 milyon manata çatıb.


Beləliklə, 11 ay ərzində həyat sığortası bazarında toplanan hər 100 manat sığorta haqqının 77 manatı müştərilərə ödənilib. Bu göstərici ötən ilin eyni dövründə 67,6 manat olub.
Ümumilikdə isə yanvar–noyabr aylarında Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkəti vasitəsilə 1 milyard 365,4 milyon manat sığorta haqqı toplanıb. Bu, illik müqayisədə 11,7% artım deməkdir.


Eyni dövrdə sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlərin həcmi 844,8 milyon manat olub ki, bu da bir il əvvələ nisbətən 21,7% çoxdur.
Nəticədə, sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 61,9 manatı ödəniş edilib. Bu göstərici ötən ilin eyni dövründə 56,8 manat təşkil edib

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
İqtisadiyyat 16:33
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
İqtisadiyyat 09:33
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
Bu günə olan məzənnə
İqtisadiyyat 09:21
Bu günə olan məzənnə
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
İqtisadiyyat 09:14
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
İqtisadiyyat 15:28
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
Qızıl bahalaşıb
İqtisadiyyat 10:13
Qızıl bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:40
Azərbaycan nefti bahalaşıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:35
Avro və rubl bahalaşıb - Məzənnə
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
İqtisadiyyat 14:43
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol