Dünya bazarında qızılın qiyməti 4800 dolları keçərək tarixi rekord vurdu
21 yanvar 2026-cı il tarixində dünya birjalarında qızılın qiyməti ilk dəfə olaraq 4800 dollar həddini aşaraq yeni tarixi zirvəyə yüksəlib.
Qiymətli metalların bu sürətli bahalaşması Qrenlandiya ətrafında artan geosiyasi gərginlik və yeni ticarət münaqişələri ilə əlaqələndirilir.
Spot qızılın qiyməti 1,7% artaraq bir unsiya üçün 4844,39 dollara çatıb. Eyni zamanda gümüş də tarixi maksimumunu yeniləyərək 95 dollar səviyyəsini keçib.
Ekspertlər bildirirlər ki, ABŞ dollarının zəifləməsi və investorların risklərdən sığortalanmaq üçün "təhlükəsiz liman" kimi qızıla yönəlməsi qiymət artımını stimullaşdıran əsas amillərdir.
N.Təbrizli