Ötən il Azərbaycan təbii qaz ixracından qazancını artırıb
2025-ci ildə Azərbaycan 25 milyard 187 milyon 270,45 min kubmetr həcmində təbii qaz ixrac edib. Bu barədə Dövlət Gömrük Komitəsinin statistikasında qeyd olunub.
Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 8 milyard 821 milyon 258,79 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə ixrac edilən təbii qazın həcmi 2024-cü il ilə müqayisədə 2,3 % az, dəyəri isə 4,9 % çoxdur.
Hesabat ilində Azərbaycanın ümumi ixracında təbii qazın payı 35,22 % olub.
Aytac
Son xəbərlər
Daha çox