• $ 1.7
  • € 2.0185
  • ₽ 0.022222
  • ₺ 0.0392
  • £ 2.3247

Bakı Fond Birjası mikromaliyyə təşkilatları üçün borc bazarında minimal tələbi azaldıb

Bakı Fond Birjası mikromaliyyə təşkilatları üçün borc bazarında minimal tələbi azaldıb
29.01.2026 10:41

Bakı Fond Birjası (BFB) mikromaliyyə təşkilatları üçün borc bazarında nominal minimal tələbi 1 milyon manatdan 500 min manata endirib. Bunu BFB-nin Baş İcraçı direktorunun müavini və Baş Kommersiya inzibatçısı Oqtay Qasımov Bakıda keçirilən Mikromaliyyə Forumunda deyib.

“Borc bazarı seqmentində nominal minimal tələb hazırda 1 milyon manatdır. Mikromaliyyə təşkilatları üçün əlçatanlığı artırmaq məqsədilə bu məbləği 500 min manata endirmişik. Qərar artıq qəbul olunub və yaxın zamanda rəsmi elan ediləcək,” – o bildirib.

Qərar mikromaliyyə təşkilatlarının kapital bazarlarına çıxışını asanlaşdırmaq məqsədi daşıyır.

Qasımovun sözlərinə görə, Bakı Fond Birjasında əsas bazar listinq seqmenti iri və inkişaf etmiş şirkətlər üçün, standart bazar seqmenti isə inkişafda olan və daha kiçik şirkətlər üçün nəzərdə tutulub.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər

ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək!
İqtisadiyyat 11:48
ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək!
"Özbaşına" tikililərin sənədləşdirilməsi qanunla qadağandır-Nigar Alimova
İqtisadiyyat 11:42
"Özbaşına" tikililərin sənədləşdirilməsi qanunla qadağandır-Nigar Alimova
Ötən il verilən elektron çıxarışların sayı açıqlanıb
İqtisadiyyat 11:29
Ötən il verilən elektron çıxarışların sayı açıqlanıb

Daşınmaz əmlakın kadastr və reyestrində rəqəmsallaşma artıb
İqtisadiyyat 11:13
Daşınmaz əmlakın kadastr və reyestrində rəqəmsallaşma artıb
Azərbaycan Milli Hidrogen Strategiyasının tətbiqi üzrə ikinci mərhələyə start verir
İqtisadiyyat 10:49
Azərbaycan Milli Hidrogen Strategiyasının tətbiqi üzrə ikinci mərhələyə start verir
Bakı Fond Birjası mikromaliyyə təşkilatları üçün borc bazarında minimal tələbi azaldıb
İqtisadiyyat 10:41
Bakı Fond Birjası mikromaliyyə təşkilatları üçün borc bazarında minimal tələbi azaldıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:52
Azərbaycan nefti bahalaşıb
Avro və rubl azalıb - Günün məzənnəsi
İqtisadiyyat 09:12
Avro və rubl azalıb - Günün məzənnəsi
Azərbaycan kənd təsərrüfatı xərclərini 2 %-ə yaxın artırıb
İqtisadiyyat 16:06
Azərbaycan kənd təsərrüfatı xərclərini 2 %-ə yaxın artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol