• $
  • £

Qırmızı Ürəklər Fondundan Ramazan ayında həmrəylik çağırışı

Qırmızı Ürəklər Fondundan Ramazan ayında həmrəylik çağırışı
24.02.2026 16:23

Qırmızı Ürəklər Fondu müqəddəs Ramazan ayı münasibətilə “Ramazan payı” ianə aksiyasına start verir. Aksiya çərçivəsində toplanan ianələr hesabına ölkə üzrə aztəminatlı ailələrə könüllülər tərəfindən müxtəlif ərzaq məhsullarından ibarət yardım bağlamaları  hazırlanacaq. Təşəbbüsün əsas məqsədi sosial həssas qruplardan olan şəxslərə dəstək olmaq, Ramazan ayının paylaşma və həmrəylik dəyərlərini təşviq etməkdir. 

Aksiya 24 fevral – 20 mart 2026-cı il tarixlərini əhatə edir. Fond bütün vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir. “Ramazan payı” aksiyasına ianə etmək üçün Birbank mobil tətbiqi vasitəsilə və ya vizualda təqdim olunan QR kodu skan edərək dəstək olmaq mümkündür.

Qeyd edək ki, Qırmızı Ürəklər Fondu fəaliyyət göstərdiyi 5 il müddətində bayram günlərində mütəmadi olaraq aztəminatlı ailələrə yönəlik müxtəlif sosial dəstək aksiyaları həyata keçirir.

“Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün redhearts.az saytına daxil ola bilərsiniz. 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya neft sanksiyalarının yumşaldılmasından 2 milyard dollar qazanacaq
İqtisadiyyat 22:01
Rusiya neft sanksiyalarının yumşaldılmasından 2 milyard dollar qazanacaq
Ölkəyə gətirilən smartfonlar 2 dəfədən çox bahalaşıb
İqtisadiyyat 16:38
Ölkəyə gətirilən smartfonlar 2 dəfədən çox bahalaşıb
İran dövriyyəyə yeni əskinas buraxıb
İqtisadiyyat 22:00
İran dövriyyəyə yeni əskinas buraxıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 12:01
Azərbaycan nefti bahalaşıb
ABŞ İran neftinin satışına 30 günlük güzəşt tətbiq edib
İqtisadiyyat 09:27
ABŞ İran neftinin satışına 30 günlük güzəşt tətbiq edib
Azərbaycanda pambıq mahlıcı istehsalı 13 %-dən çox artıb
İqtisadiyyat 16:39
Azərbaycanda pambıq mahlıcı istehsalı 13 %-dən çox artıb
Azərbaycan neftinin qiyməti 123 dollara yaxınlaşıb
İqtisadiyyat 09:51
Azərbaycan neftinin qiyməti 123 dollara yaxınlaşıb
ABB-eSİM xidməti istifadəyə verildi!
İqtisadiyyat 17:12
ABB-eSİM xidməti istifadəyə verildi!
Kapital Bank-da məktəblilər üçün “Smart Money Talks” sessiyası təşkil edildi
İqtisadiyyat 17:04
Kapital Bank-da məktəblilər üçün “Smart Money Talks” sessiyası təşkil edildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol