• $
  • £

Azərbaycan və İİB Qrupu əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər

Azərbaycan və İİB Qrupu əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər
25.02.2026 20:26

Azərbaycan və İslam İnkişafı Bankı (İİB) Qrupu arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.

Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Məlumata görə, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərinə səfəri çərçivəsində İslam İnkişaf Bankı (İİB) Qrupunun Prezidenti Məhəmməd Süleyman Əl-Casirlə görüşüb.

Görüşdə Azərbaycan və İİB Qrupu arasında əməkdaşlığın səmərəli şəkildə inkişaf etdiyi vurğulanıb. İİB-nin dəstəyi ilə ölkəmizin Ərəb Koordinasiya Qrupu ilə əməkdaşlığının daha da dərinləşdiyi və prioritet infrastruktur layihələri üzrə əlaqələrin gücləndiyi diqqətə çatdırılıb.

Azərbaycanın 16 ildən sonra bu il yenidən İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısına ev sahibliyi edəcəyi məmnunluqla qeyd edilib və bu mötəbər tədbirin ölkəmizin beynəlxalq maliyyə institutları ilə tərəfdaşlığının möhkəmlənməsinə əlavə töhfə verəcəyi bildirilib.

Görüşdə ölkəmizin işğaldan azad olunmuş ərazilərində həyata keçirilən “Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi” layihəsi üzrə İİB ilə imzalanmış tərəfdaşlıq sənədinin regionun dayanıqlı inkişafı və aqrar potensialının reallaşdırılmasında əhəmiyyəti qeyd edilib.

Tərəflər enerji, infrastruktur, nəqliyyat, kənd təsərrüfatı, su resurslarının idarə olunması və digər istiqamətlərdə potensial layihələr və investisiya imkanlarını müzakirə ediblər.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev İİB-nin vitse-prezidenti Rami Əhmədlə görüşüb.
Görüşdə İslam İnkişaf Bankı və onun üzv olduğu Ərəb Koordinasiya Qrupunun digər qurumları ilə birgə layihələrin Azərbaycanda iqtisadiyyatın, o cümlədən infrastrukturun inkişafı baxımından önəmi qeyd edilib, əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu bildirilib. İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının 2026-cı ildə Bakıda keçirilməsi ilə bağlı gündəlikdə olan məsələlər müzakirə edilib.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İslam İnkişaf Bankı (İİB) Qrupu tərəfindən təşkil olunmuş sərgi ilə tanış olub.

Tədbirdə İİB Qrupuna daxil olan qurumlar tərəfindən maliyyələşdirilən layihələr və tərəfdaşlıq imkanları təqdim olunub. İqlim maliyyələşdirilməsi, kiçik və orta biznesin dəstəklənməsi, üzv ölkələr arasında ticarət və investisiya əlaqələrinin möhkəmləndirilməsi sahəsində görülən işlər barədə məlumat verilib.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev səfər çərçivəsində İİB-nin 50 illiyinə həsr olunmuş sənədli filmin rəsmi təqdimat mərasimində iştirak edib. Sənədli filmdə Bankın tarixi, əsas fəaliyyət prinsipləri və həyata keçirdiyi layihələr vasitəsilə üzv ölkələrin sosial-iqtisadi inkişafındakı rolu əks etdirilib

Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya neft sanksiyalarının yumşaldılmasından 2 milyard dollar qazanacaq
İqtisadiyyat 22:01
Rusiya neft sanksiyalarının yumşaldılmasından 2 milyard dollar qazanacaq
Ölkəyə gətirilən smartfonlar 2 dəfədən çox bahalaşıb
İqtisadiyyat 16:38
Ölkəyə gətirilən smartfonlar 2 dəfədən çox bahalaşıb
İran dövriyyəyə yeni əskinas buraxıb
İqtisadiyyat 22:00
İran dövriyyəyə yeni əskinas buraxıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 12:01
Azərbaycan nefti bahalaşıb
ABŞ İran neftinin satışına 30 günlük güzəşt tətbiq edib
İqtisadiyyat 09:27
ABŞ İran neftinin satışına 30 günlük güzəşt tətbiq edib
Azərbaycanda pambıq mahlıcı istehsalı 13 %-dən çox artıb
İqtisadiyyat 16:39
Azərbaycanda pambıq mahlıcı istehsalı 13 %-dən çox artıb
Azərbaycan neftinin qiyməti 123 dollara yaxınlaşıb
İqtisadiyyat 09:51
Azərbaycan neftinin qiyməti 123 dollara yaxınlaşıb
ABB-eSİM xidməti istifadəyə verildi!
İqtisadiyyat 17:12
ABB-eSİM xidməti istifadəyə verildi!
Kapital Bank-da məktəblilər üçün “Smart Money Talks” sessiyası təşkil edildi
İqtisadiyyat 17:04
Kapital Bank-da məktəblilər üçün “Smart Money Talks” sessiyası təşkil edildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol